Biography
Lists
Also Viewed
Quick Facts
A.K.A. | Qəzənfər Rüstəm oğlu Hüseynov | |
A.K.A. | Qəzənfər Rüstəm oğlu Hüseynov | |
Places | Russia Azerbaijan | |
Gender |
| |
Birth | 16 September 1947, Lachin, Azerbaijan | |
Age | 77 years | |
Star sign | Virgo |
Biography
Hüseynov Qəzənfər Rüstəm oğlu (16 sentyabr 1947, Laçın) — Laçın rayonunun tanınmış ziyalısı, Qarabağ müharibəsi iştirakçısı.
Həyatı
Qəzənfər Hüseynov 16 sentyabr 1947-ci ildə Laçın şəhərində qulluqçu ailəsində doğulmuşdur. 1954-1955-ci illərdə Laçın şəhər 1 saylı orta məktəbinə daxil olmuş, 1965-ci ildə bitirmişdir. Həmin il keçmiş Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə qəbul olmuşdur. 1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirmişdir. 1970-ci ildə göndəriş ilə doğma rayona gedib bir il kənd təsərrüfatı işçiləri həmkarlar ittifaqı Laçın rayon komitəsində təlimatçı işləmişdir. 1971-1973-cü illər arasında Laçın rayon komsomol komitəsi təşkilat şöbə müdiri, 1973-1979-ci illərdə Laçın rayon komsomol komitəsinin birinci katibi, 1979-1985-ci illər arasında isə SSRİ Dövlət Bankı Laçın şöbəsinin müdiri kimi vəzifələrdə çalışmışdır. 1985-ci ildən 1992-ci ilə kimi isə Laçın Yağ Pendir Zavodunun direktoru vəzifəsində fəaliyyət göstərmişdir.
Laçın rayonu işğal olunandan sonra, az bir müddətdə, yəni may ayından dekabr ayınadək Laçın Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsində çalışmışdır. Sonrakı illərdə biznes fəaliyyəti ilə məşğul olmuşdur, hazırda təqaüdçüdür.
1973–1991-ci illər arasında dəfələrlə Laçın Rayon Partiya Komitəsi Plenumunun üzvü, büro üzvü, plenum üzvlüyünə namizəd, rayon partiya təşkilatı təftiş komissiyasının sədri, rayon və şəhər sovetlərinin deputatı seçilmişdir. Azərbaycan Komsomolunun bir neçə qurultayının nümayəndəsi olmaqla, respublika komsomolu təftiş komissiyası sədrinin müavini seçilmişdir. Moskvada Ali Komsomol Məktəbinin dinləyicisi olmuş, Ümumittifaq və Azərbaycan Komsomolu Mərkəzi Komitələrinin mükafatları llə təltif olunmuşdur.
1990-cı il qanlı 20 yanvar hadisələrinin Gürcüstan vasitəsi ilə dünya ictimaiyyətinə çatdırılması üçün rayondan ora nümayəndə göndərilməsinə köməklik etmişdir.
1990-cı ilin noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul edəndən dərhal sonra böyük bir bayraq əldə etmiş və iş otağında divara asmışdır. Buna görə bəzi təşkilatların nümayəndələri tərəfindən təzyiqlərə məruz qalmışdır.
Qəzənfər Hüseynov özü başda olmaqla bütün kollektivin üzvləri sərhədboyu məntəqələrdə mühafizə məqsədi ilə növbətçilikdə iştirak etmişdilər. Ermənilərin Aşağı Cicimli, Cağazur kəndlərinə hücumlarından müdafiədə şəxsən iştirak etmişdir. Sovet vaxtı rus və qazax əsgəri birliklərindən sərhədlərimizin müdafiəsində iştirak edənlərin problemlərinin həll edilməsində yaxından köməklik göstərmişdir. Ermənistandan Laçın ərazisi vasitəsi ilə məcburən köçənlərə yaxından köməklik göstərməklə, Şuşada məskunlaşan qaçqınlara yardım göstərilməsinə təşəbbüs göstərməklə, onlara yardım yükü aparılmasını təşkil etmişdir.
Ailəsi
Babası – Qəzənfər Hüseynovun atası Rüstəm Abdullayevin həlak olmasından sonra onu babası Abdullayev Hüseyn Abdulla oğlu böyütmüş, tərbiyə və təhsil vermişdir. O, 1917-ci ildən kommunist partiyasının üzvü olmuşdur. Qubadlı, Zəngilan və Laçın rayonunda müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin "Budağın xatirələri", "Bir cüt tərlan" və Nəzər Heydərovun "Zəngəzur dağlarında" əsərlərinin qəhrəmanlarından biridir. Hüseyn Abdullayev 1969-cu ildə vəfat etmişdir.
Atası – Abdullayev Rüstəm Hüseyn oğlu Laçın rayonunun Abasqışlağı kəndində (indiki Güləbird sovetliyi) doğulmuşdur. O, kənd təsərrüfatı mütəxəsisi olub və rayon kənd təsərrüfatı idarəsində 1940-cı ildə hərbiyə çağrılana qədər atçılıq üzrə zootexnik vəzifəsində çalışmış, 1941-45-ci ilin Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur. Ukrayna ərazisində döyüşlər zamanı yaralanaraq əsir düşmüş, sonda əsirlikdən qaçaraq əvvəlcə Ukraynanın Vinnitsa vilayətində, sonradan isə Leninqrad vilayətində partizan dəstəsinə qoşulmuş və hərbi xidmətini Almaniyada başa vurmuşdur. Bir neçə medalla və Ali Baş Komandanın təşəkkürü ilə mükafatlandırılmışdır. Partizanlıq fəaliyyəti haqqında Sankt-Peterburqdakı Smolnı partizan hərəkatı muzeyində sənədlər vardır. 1951-ci ildə avtomobil qəzasında həlak olmuşdur.
Anası - Baxışova Şəfiqə Həsənəli qızı fizika-riyaziyyat müəlliməsi olmuşdur. 1960-cı illərin ortalarında Laçın şəhər 1 saylı orta məktəbinin direktoru vəzifəsində çalışmışdır. Respublikanın qabaqcıl maarif xadimi adına, orden və medallara layiq görülmüşdür. Hazırda təqaüddədir.
Qəzənfər Hüseynovun 1 oğlu, 2 qızı və 4 nəvəsi var.
Məqalələri
- "Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir", "Laçın yurdu" jurnalı, №4(7), 2012, Bakı: "Bəxtiyar-4", 2012. səh.64
Mənbə
- "Laçın yurdu" jurnalı, №3(5), 2012, Bakı: "Bəxtiyar-4", 2012. səh.53
- "Harada olurdumsa Laçına qayıtmağa tələsirdim" – Qəzənfər Hüseynov (FOTOLAR)