Pir Bahaeddin Erzincanî

The basics

Quick Facts

A.K.A.Pir Bahaeddin Erzincani
A.K.A.Pir Bahaeddin Erzincani
Death1 January 1465
The details

Biography

Pir Məhəmməd Ərzincani — mənşəcə türk olan böyük sufi alimi.

Həyatı

Pir Məhəmməd Bəhaəddin Ərzincani Ərzincanın Üzümlü ilçəsinin Qaraqaya (Keləriç) kəndində doğulmuşdur. Mədrəsə təsilini aldıqdan sonra Ərzincanda uzun müddət tələbə yetişdirmişdir. Daha sonra Şirvana gələrək Seyid Yəhya Bakuviyə şagird olmuşdur. Şirvanda nə qədər qaldığını bilinmir. Ancaq Xəlvətilik təriqətinin ədəb və üsulunu öyrəndikdən sonra şeyxin əmri ilə xalqı irşad etmək üçün Ərzincana göndərilir. Öz kəndində (Qaraqaya) bir zaviyə və məscid inşa etdirib, burada irşad fəaliyyətinə başlayır. Mənbələrin verdiyi məlumata görə Ərzincani cümə günləri Ərzincandakı Cameyi-Kəbirə gələrək burada söhbət və vəz edər, təsəvvüfə aid gözəl sözlər söyləyərmiş.

Şeyx Ağqoyunlu hökmdarı Uzun Həsənlə iki dəfə görüşmüşdür. Uzun Həsən Fateh Sultan Mehmetlə hərbə qərar verəndə şeyxi ziyarət edərək dəstəyini almaq istəmiş, ancaq buna nail ola bilməmişdir. Şeyx iki türk hökmdarının (Osmanlı sultanı Fateh Sultan Mehmet və Azərbaycan-Ağqoyunlu dövlətinin hökmdarı Sultan Uzun Həsən) savaşını pisləmiş və savaşdan çəkilməsini məsləhət görmüşdü. Uzun Həsən Otluqbeli savaşında Fatehə məğlub olanda şeyxdən yardım istəmişdi. Bunun üzərinə Pir Məhəmməd öz xəliflərindən Pir Əhmədi Fatehin yanına elçi göndərərək Osmanlı və Ağqoyunlu dövlətləri arasında müqavilə bağlanmasına nail olmuşdu.

Şeyx Pir Məhəmməd Ərzincani 1464/1465-ci ildə vəfat etmişdir. Qəbrinin Ərzincanda, Ulu cami yaxınlığında olduğu bildirilsə də bu gün yeri bəlli deyil.

Mənbələrdə Ərzincaninin bir çox əsərlərindən bəhs edilsə də mövcud olan tək əsəri nəzm ilə yazılmış "Məqamətül-arifin və Maarifüs-Salikin" əsəridir.

Həmçinin bax

  • Xəlvətilik
  • Azərbaycanda təsəvvüf
  • Türkiyədə təsəvvüf
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.