Biography
Lists
Also Viewed
Quick Facts
Intro | Azerbaijani journalist | ||||||
Places | Azerbaijan | ||||||
was | Journalist | ||||||
Work field | Journalism | ||||||
Birth | 8 February 1996, Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire | ||||||
Death | 11 October 2021Istanbul, Istanbul Province, Turkey (aged 25 years) | ||||||
Star sign | Aquarius | ||||||
Education |
|
Biography
Nurlan Xanağa oğlu Salamov və ya Nurlan Ağa (8 fevral 1996, Bakı – 11 oktyabr 2021, İstanbul) — azərbaycanlı jurnalist.
Həyatı
Nurlan Ağa 1996-cı il fevralın 8-də Bakı şəhərində anadan olub.2021-ci il oktyabrın 11-də Türkiyənin İstanbul şəhərində koronavirusdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Masazır qəbiristanlığında torpağa tapşırılıb.
Təhsili
Nurlan Ağa 2002–2013-cü illərdə Əliağa Vahid adına 1 saylı Masazır tam orta məktəbində təhsil alıb.2013–2017-ci illərdə yüksək balla qəbul olduğu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr pilləsi üzrə təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə bitirib. 2017–2019-cu illərdə isə həmin fakültədə magistr pilləsi üzrə təhsil alıb. 2019-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasını ən yüksək ortalama ilə bitirib və fərqlənmə diplomu ilə məzun olub. 2019-cu ildə Atatürk Universiteti Sosial Elmlər İnstitutu Kommunikasiya fakültəsində doktorantura pilləsi üzrə təhsil almağa başlayıb.
Fəaliyyəti
2018-ci ildən etibarən AzNews.az informasiya portalında beynəlxalq xəbərlər müxbiri, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunda "Füyuzat" və "İşıq" jurnallarının sosial media meneceri olaraq çalışıb. "Kaspi", "Şərq", "Ədalət", "Jurnalist" qəzetləri, "Füyuzat", "İşıq", "Ulduz" jurnalları və bir sıra müxtəlif mətbu orqanlarında yazılarla çıxış edib. Elmi tezis və məqalələri Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyasında respublika və beynəlxalq səviyyəli elmi-praktik konfransların materialı olaraq dərc olunub. "Jurnalist" tələbə-tədris qəzetinin redaktoru, "Tələbədən Tələbəyə", "Beynəlxalq Jurnalistika Məktəbi" kimi layihələrin heyət üzvü olub.
Uğurları
Akademik həyatı boyunca bir sıra müsabiqələrin qalibi olub. Müxtəlif illər üzrə Bakı Dövlət Universitetində "İlin Ən Yaxşı Tələbəsi", "İlin Ən Savadlı Tələbəsi" fəxri adlarına layiq görülüb. 2019-cu ildə Türkiyə Dövlət Təqaüd Proqramı – Türkiye Burslarını qazanıb.
Kitabları
Nurlan Ağanın 2018-ci ildə "15 iyul və media" adlı ilk kitabı işıq üzü görüb.2021-ci ildə Türkiyədə "İkinci Karabağ Savaşı Türkiye Televizyonlarının Tartışma Masasında" adlı ikinci kitabı nəşr olunub.