Biography
Also Viewed
Quick Facts
Places | Azerbaijan Georgia | ||
was | Scientist | ||
Work field | Science | ||
Gender |
| ||
Birth | 1935, Akhkula, Marneuli Municipality, Kvemo Kartli, Georgia | ||
Death | 5 December 2004Sumgait, Azerbaijan (aged 69 years) | ||
Awards |
|
Biography
Nurəddin Babayev (1935, Ağqula, Marneuli rayonu – 5 dekabr 2004, Sumqayıt) — Azərbaycan Milli Məclisinin deputatı (1990-1995), "Azərkimya" Dövlət şirkətitinin vitse-prezidenti (1995-1998).
Nurəddin Bərgah oğlu Babayev 1935-ci ildə Gürcüstan Respublikasının Marneuli (Sarvan) rayonunun Ağqula kəndində anadan olmuşdur. 1942-ci ildə Ağqula kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, təhsilini Sadaxlı kənd orta məktəbində bitirmişdir. 1954-1957-ci illərdə keçmiş SSRİ ordu sıralarında hərbi xidmətdə olmuşdur.
1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. 1958-ci ildən 1975-ci ilə kimi Sumqayıt Kimya zavodunda maşinist, növbə rəisi, texnoloq, sex rəisi, baş mühəndis və zavod direktoru vəzifələrində çalışmışdır.
Fəaliyyəti
Nurəddin Babayev 1975-ci ildə Sumqayıt Üzvi Sintez Zavoduna direktor təyin olunmuş və 1987-ci ilə kimi bu vəzifədə işləmişdir. 1987-ci ildən Birliyin baş direktoru təyin edilmişdir. 1966-ci ildə Nurəddin Babayev "SSRİ-nin Kimya əlaçısı", 1985-ci ildə isə "Fəxri Kimyaçısı" adına layiq görülmüşdür. 1990-1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 1995-1998-ci illərdə "Azərkimya" Dövlət şirkətitinin vitse-prezidenti işləmişdir. Nurəddin Babayev on il Sumqayit Şəhər Partiya Komitəsinin büro üzvü, beş il şəhər Soveti İcraiyyə Komitəsinin üzvü olmuşdur.
O 1990-cı ildən texnika elmləri namizədi elmi adı almaq üçün dissertasiya müdafiə etmiş, 1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru fəxri adına layiq görülmüşdür. Dəfələrlə Azərbaycan KP və Sov.İKP qurultaylarına nümayəndə, AKP-nin XXXII qurultayında Nəzarət Təftiş Komissiyasının üzvü seçilmişdir.
Nurəddin Babayevin səmərələşdirici təklifləri dəfələrlə qəbul edilmişdir.
O, 54 elmi əsərin müəllifi, 20-ə yaxın beynəlxalq kofrans və müşavirələrin iştirakçısı olmuşdur.
Mükafatları
- "Əmək Rəşadətinə görə" medalı;
- 1975-ci ildə "Şərəf nişanı" ordeni;
- 1971-ci ildə "Qırmızı Əmək Bayragı" ordeni;
- 1981-ci ildə "Xalqlar Dostluğu" ordeni;
- 1986-ci ildə "Lenin" ordeni.
- 1979-cu ildə ona keçmiş SSRİ-nin "Fəxri Səmərələşdiricisi" adı verilmişdir.
Nurəddin Babayev 2004-cü il dekabrın 5-də Sumqayıt şəhərində vəfat etmişdir.