Nazim Rizvan

The basics

Quick Facts

wasWriter
Work fieldLiterature
Gender
Male
Birth12 May 1951, Baku, Shamakhi Governorate, Russian Empire
Death3 October 2003Baku, Shamakhi Governorate, Russian Empire (aged 52 years)
Star signTaurus
The details

Biography


Rizvanov Nazim Abbas oğlu (Nazim Rizvan) — şair, ədəbiyyatşünas, yazıçı, tərcüməçi, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi.

Həyatı

Nazim Rizvan 1951-ci il mayın 12-də Bakı şəhərində doğulmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat institunun aspiranturasına daxil olmuş, 1981-1987-ci illərdə institutun "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsində kiçik elmi işçi, 1987-2003-cü illərdə isə böyük elmi işçi vəzifələrində çalışmışdır. 1985-ci ildə "Məhəmməd Hüseyn Şəhriyar yaradıcılığında vətənpərvərlik" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1996-2003-cü illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Cəmiyyətinin ağsaqallar şurasının sədri olmuşdur. 2003-cü il oktyabrın 3-də Bakıda vəfat etmişdir.

Yaradıcılığı

Bədii yaradıcılığa 1963-cü ildə "Göy-göl" şeiri ilə başlamışdır. İlk mətbu şeiri 1967-ci ildə Azərbaycan Demokrat Firqəsinin organı olan "Azərbaycan" qəzetində dərc olunmuşdur. Bundan sonra "Çinar pöhrələri", "Odlu misralar", "Azərbaycan", "Yaşıl budaqlar", "Yeni səslər" ədəbi almanaxlarında, qəzet və jurnallarda çıxış etmişdir.

Nazim Rizvan 4 cildlik "Cənubi Azərbaycan ədəbiyyatı antologiyasi"nda tərtibçi, 2 cildlik "Cənubi Azərbaycan ədəbiyyatı tarixinin oçerkləri" kitabında müəllif, 3 cildlik "Şəhriyar. Əsərləri" kitabında tərcüməçi-redaktor, 20 cildlik "Klassik Azərbaycan ədəbiyyatı kitabxanası"nın II cildində tərcüməçi, M.Şəhriyarın "Yalan dünya" kitabında tərtibçi və tərcüməçi kimi iştirak etmişdir. O, həmçinin, Qətran Təbrizi, Nizami Gəncəvi, Abbasqulu ağa Bakıxanov, Səid Səlmasi, Viktor Hüqo, Mariya Loxvitskaya, A.S. Puşkin, Polejayev, Dobrolyubov və başqalarından şeirlər, A.Konan Doyl, A.P.Çexov, Qulamhüseyn Saedi, L.N.Tolstoydan roman, povest, hekayə və məktublar tərcümə etmişdir. "Maştağa məktəbi" (1981), "Tənha" (1983) romanları, "Şöhrət" (1983), "Yanğın" (1991) poemaları, "Yarımçıq vüsal" mənzum romanı və bir çox povest, hekayə və şeirlərin müəllifidir. "Əbədi Çinar" (şeirlər) və "Xətai" (poema) əsərləri çapa hazırdır.

Azərbaycan, İran, Türkiyə, Almaniya, həmçinin İsveçin qəzet və jurnallarında şeirləri dərc olunmuşdur. 1992 və 1998-ci illərdə İran İslam Respublikasında keçirilən Beynəlxalq Şəhriyar konqresində, 2001-ci ildə Estoniyada Avropa Azərbaycanlıları konqresində iştirak etmişdir.

Əsərləri

  1. Sevgim mənim (şeirlər). Bakı, Yazıçı, 1989.
  2. Azərbaycan diasporası tarixindən. Bakı, "Borçalı"HPM, 2002.
  3. Cənubi Azərbaycan ədəbiyyatının yeni inkişaf mərhələsi (1850-1920). Bakı, Səda. 2005.
The contents of this page are sourced from Wikipedia article on 24 Jul 2020. The contents are available under the CC BY-SA 4.0 license.