Nazim Ağayev

The basics

Quick Facts

isActor
Work fieldFilm, TV, Stage & Radio
Gender
Male
Birth2 January 1939
Age85 years
The details

Biography

Müğənni.

Həyatı

Nazim Ağayev 1939-cü il 2 yanvar tarixində Bakı şəhərində anadan olmuşdur.

Atası Ağayev Maşallah əslən cənubi azərbaycanlı oaraq Bakda oxuyub təhsil almış, müxtəlif illərdə Tütün və Qənnadi fabriklərində fabrik müdiri işləmiş, 44 yaında vəfat etmişdir.

Anası Asiyə Ağayeva Lənkəranda doğulmuşdur.

Nazim 1962-ci ildə Teatr institunun musiqili komediya fakültəsinə daxil olmuş, 1967-ci ildə müvəffəqiyyətlə bitirmişdir. İnstitut illərində institutun keçirdiyi tədbirlərdə fəal iştirak edən Nazim bu tədbirlərin birində Azərbaycan Radio və televiİyası xorunun bədii rəhbəri bəstəkar Ramiz Mustafayev tərəfindən xora dəvət edilmiş və üç il xorun solisti olmuşdur. İnstitut illərində vaxtaşırı Əhməd Bakıxanovun, Əhsən Dadaşovun, Baba Salahovun rəhbərlik etdikləri ansambllarda çıxış etmişdir. Axırıcı kursun imtahan tamaşalarında Şəmsi Bədəlbəyli tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət edilən Nazim bir neçə tamaşada müvəffəqiyyətlə iştirak edir.

1967-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir. Misirdə, Vyetnamda, Polşada, İtaliyada, Maltada, Hindistanda, Bolqariyada, Macarıstanda qatrollarda olmuşdur.

Ə.Bakıxanovun dəvəti ilə xalq çalğı alətləri orkestrinin solisti olmuşdur. Ağası Məşədibəyovun rəhbərliyi ilə ansamblda çalışmışdır. 1978-ci ildən «Azkonsert» Dövlət konsert-qastrol birliyinin solisti olmuşdur.

Müxtəlif vaxtlarda yeddi bədii filmdə çəkilmişdir.

Haqqında "Bəxtimə düşən sənət" sənədli filmi çəkilmişdir.

1991-ci ildən təqaüddədir. Heydər Əliyev fondunun təqaüdçüsüdür. 2009 ildə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Əməkdar artist fəxri adina layiq görülüb.

Ailəlidir, üç oğlu var.

Filmoqrafiya

  1. Bir qalanın sirri (film, 1959)
  2. Bir cənub şəhərində (film, 1969)
  3. Ən vacib müsahibə (film, 1971)
  4. Kişi sözü (film, 1987)
  5. Yaramaz (film, 1988)
  6. Sahilsiz gecə (film, 1989)
  7. Qarabağ şikəstəsi (2001)

Xarici keçidlər

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.