Biography
Lists
Also Viewed
The basics
Quick Facts
Places | Azerbaijan | |||
is | Academic Historian Journalist Writer | |||
Work field | Education Journalism Literature Social science | |||
Gender |
| |||
Birth | 5 May 1977, Birinci Şahsevən, Beylagan District, Azerbaijan | |||
Age | 47 years | |||
Star sign | Taurus | |||
Education |
| |||
Awards |
|
The details
Biography
Natiq Məmmədli (Natiq Adil oğlu Məmmədov; 5 may 1977, Birinci Şahsevən, Jdanov rayonu) — azərbaycanlı yazıçı, jurnalist, tarixçi.
Həyatı
- 1977-ci il mayın 5-də Azərbaycan SSR Jdanov rayonunda (Azərbaycan Respublikası Beyləqan rayonu) Birinci Şahsevən kəndində anadan olub.
- 1998-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Tarix fakültəsinin əyani aspiranturasında təhsil alıb.
- 2006-cı ildə "Mərkəzi Asiyada müastəqil türk dövlətlərinin yaranması və Türkiyə ilə qarşılıqlı əlaqələri (1991–2001-ci illə)" mövzüsunda namizədlik dissertasiyasını müdafiə edib (tarix üzrə fəlsəfə doktoru)
Ailəsi
Ailəlidir, iki övladı var.
Fəaliyyəti
- 1990-cə illərin ikinci yarısından jurnalistika sahəsində çalışır. Müxtəlif KİV-lərdə baş redaktorun müavini, baş redaktor və s. vəzifələrdə çalışıb. Mətbuat tarixinə dair araşdırmaların, oçerklərin müəllifidir. Onun təşəbbüsü və redaktorluğu ilə Azərbaycan mətbuat irsinə, ictimai fikir tarixinə dair bir sıra nəşrlər işıq üzü görüb.
- "Ləyaqət düsturu" (hekayələr toplusu, 2012), "Körpüdə ümid" (roman, 2014) kitabları işıq üzü görüb.
- "Dolma" hekayəsi 2010-cu ildə Nəsimi Milli ədədbiyyat mükafatına layıq görülüb.
- "Bekketə salam" hekayəsi 2014-cü ildə türkdilli ölkələrin yazarları arasında keçirilən Mahmud Kaşğarlı beynəlxalq hekayə müsabiqəsinin milli seçim turunda ikinci mükafatı qazanıb.
- "Körpüdə ümid" romanı 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəsr nominasiyası üzrə "Qızıl kəlmə" mükafatını alıb.
Əsərləri
- 2012 — "Ləyaqət düsturu" – hekayələr toplusu
- 2014 — "Körpüdə ümid" – roman
- 2016 — "Dumana bürünmüş" – pyes
- 2017 — "Əmanət" — pyes
- 2017 — "Bekketə salam" – hekayələr toplusu
- 2018 — "Müqəvva" — pyes
Mükafatları
- 2009-cu il "Nəsimi" Milli ədəbiyyat mükafatı.
- 2010-cu il Azərbaycan respublikasının Əməkdar jurnalisti.
- 2012-ci il Azərbaycan Mətbuat Şürasının Ali Media Mükafatı.
- 2015-ci il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" mükafatı