Muharrem Mammadov

filoloog
The basics

Quick Facts

Introfiloloog
isPhilologist
Work fieldSocial science
Gender
Male
Birth10 October 1958, Zardab District
Age66 years
The details

Biography

Məhərrəm Məmmədov (tam adı: Məhərrəm Əvəz oğlu Məmmədov; d.  10 oktyabr 1958, Əlvənd, Zərdab rayonu, Azərbaycan SSR) — Bakı Dövlət Universiteti, türkologiya kafedrası, Azərbaycan dialektologiyası tədqiqat sahəsi üzrə müəllim, filoloq, filologiya elmləri doktoru, professor.

Həyatı

10 oktyabr 1958-ci ildə Azərbaycanın Zərdab rayonunun Əlvənd kəndində anadan olmuşdur.

1981-1985-ci illərdə İsmayıllı rayonunda Azərbaycan dili-Ədəbiyyat müəllimi işləmişdir.

1998-ci ildən hal-hazıra qədər BDU-nun türkologiya kafedrasında "Azərbaycan dialektologiyası", "Altayşünaslığın əsasları", "Türk dilçiliyinin əsasları", "Qədim türk dili", "Türkologiyaya giriş" fənlərindən dərs deyir.

Təhsili

1975-ci ildə Göyçay şəhəri 6 saylı orta məktəbi bitirmişdir.

1975-1980-ci illərdə BDU-nun filologiya fakültəsində oxumuşdur.

1986-1989-cu illərdə AMEA-nın Dilçilik İnstitutunun əyani aspirantı olmuşdur.

1990-1998-ci illərdə AMEA-nın Dilçilik İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.

Elmi fəaliyyəti

1989-cu ildə “Azərbaycan dilinin Təbriz dialekti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1991-ci ildə Ufada, 1999-cu ildə Bakıda2010-cu ildə Krımda keçirilən elmi konfranslarda iştirak etmişdir.

2006-cı ildə “Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları” mövzusunda doktorluq dissertasiyas müdafiə etmişdir.

2007-ci ildə dosent, 2009-cu ildə professor elmi adını almışdır.

100-dən çox məqalə, 1 monoqrafiya və 5 kitabın müəllifidir.

Seçilmiş məqalələri

  1. Azərbaycan dili şivələrində y variantlı hal şəkilçiləri və onların mənşəyi - Dil və ədəbiyyat, 2004
  2. Hallanma prosesində bitişdirici n samiti və onun mənşəyinə dair, AMEA-nın xəbərlər, 2005, 3
  3. İsmə aid edilən xəbərlik kateqoriyasının qrammatik mənsubiyyətinə dair, BDU-nun xəbərlər, 2001
  4. Azərbaycan dili şivələrində ikiqat hallanmanın izləri, BDU-nun xəbərləri, 2003
  5. Adlıq halın semantik xüsusiyyətləri(şivə materialları əsas.), BDU-nun xəbərləri, 2005
  6. Qədim -q,-k kəmiyyət şəkilçisi və onun Azərbaycan dli şivələrində izləri, BDU-nun xəbərləri, 2005
  7. Hallanma prosesində saitlərin uzun tələffüzünə dair, ADPU-nun xəbərləri, 2004
  8. Qarabağ dialekti mənbələrdə- Konfransın materialları, 2003
  9. Azərbaycan dili şivələrində hal izoqlosları- Tədqiqlər, 2004
  10. Ural- Altay dillərində velyar ŋ fonemi- Konfrans materialları, 2006
  11. Krım- tatar dilində oğuz xüsusiyyətləri- BDU-nun xəbərləri, 2010
  12. Zərdab şivəsinin morfoloji xüsusiyyətləri- BDU-nun xəbərləri. 2011
  13. Güney Azərbaycan şivələrinin tədqiqi, təsnifi və əsas xüsusiyyətləri, "Sələflər və xələflər", Bakı, 2014

Seçilmiş əsərləri

  1. Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları. Bakı, 2003
  2. Mətnşünaslıq fənninin proqramı, Bakı, 2003
  3. Altayşünaslığın əsasları kursunun proqramı, Bakı, 2005
  4. Türk dilçiliyinin əsasları fənninin proqramı, Bakı, 2005
  5. Güney Azərbaycan şivələri kursunun proqramı, Bakı, 2005
  6. Linqvistik mətnşünaslıq fənninin proqramı, Bakı, 2008
  7. Azərbaycan dilinin Təbriz dialekti (dərs vəsaiti). Bakı, 2008

Kitabları

  1. Azərbaycan dili şivələrində ismin mənsubiyyət kateqoriyası. Bakı, 2000
  2. Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları. Bakı, 2003
  3. Azərbaycan dilinin Təbriz dialekti. Bakı, 2008
  4. Azərbaycan dialektologiyasına dair mühazirələr, Bakı, 2012
  5. Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası, Bakı, "Elm və təhsil", 2015 (həmmüəllif)

Qalereya

Mənbə

The contents of this page are sourced from Wikipedia article on 23 Jul 2019. The contents are available under the CC BY-SA 4.0 license.