Mohammedsalah Khan

Descendant of a khan
The basics

Quick Facts

IntroDescendant of a khan
PlacesAzerbaijan
wasKhan
Religion:Shia islam
Birth1741, Qalaqayın, Sabirabad District, Azerbaijan
Death1795Qalaqayın, Sabirabad District, Azerbaijan (aged 54 years)
Family
Father:Hasan Khan Shahseven
Positions Held
khan
The details

Biography

Muğanlı Məhəmmədsalah xan və ya Qalaqayınlı Məhəmmədsalah xan (fars. محمداصالح خان‎; d. 1741, Qalaqayın, Muğan mahalı, Cavad xanlığı – ö. 1795, Qalaqayın, Muğan mahalı, Cavad xanlığı) — Şahsevən elinə mənsub olan xan, sərkərdə.

Həyatı

Məhəmmədsalah xan tarix kitablarında Qalaqayınlı Məhəmmədsalah xan kimi tanınır. Cavad xanlığının hakimi Həsən xan Muğanlının oğludur.

Fəaliyyəti

O dövrdə xanlıqlar diplomatik nikahdan istifadə edirdlər. O, öz qızları Xeyrənisəni Lənkəran xanı Mir Həsən xana, Pəricahan xanımı isə Şirvan xanı Mustafa xana ərə vermişdir. Xeyrənisənin Mir Abdulla bəy, Cavad bəy və Xanlar bəy adlı oğlanları, Nisə xanım və Zəhra xanım adlı qızları olmuşdur.

Pəricahan xanım 1789-cu ildə ərə getmişdir. 1795-ci ildə vəfat edib, Qurd kəndində (Qarayazı) dəfn edilib . Teymuraz bəy (1794–1842) adlı oğlu olmuşdur, Qurd kəndində (Qarayazı) dəfn edilib. 1820-ci ilə qədər Qəbristan mahalı ona məxsus olmuşdur. Teymuraz bəy də 1829-cu ildə İsmayıl bəyin qızı Hacıxanım xanım (vəfatı 1847-ci il, Qarayazıda dəfn edilib) ilə, 1833-cü ildə isə Ağarazi bəyin qızı Dürrətünisa xanım (vəfatı 1852-ci il, Qarayazıda dəfn edilib) ilə evlənmişdi.

Mənbə

İstinadlar

Həmçinin bax

  • Cavad xanlığı
  • Şirvan xanlığı
  • Talış xanlığı

Qeyd

  1. Həmin qəbiristanlığı 1956-cı ildə kanal çəkiləndə həmin yerdən keçdiyinə görə dağıdıblar. Xan dediyimiz insanlar haqqında ümumi məlumatımız yaşlı insanların dediklərinə görə kəndin başında xan qızı yaşayırmış. Həmin yerdə yaşayış evləri tikilib, kənd böyüyüb. Xan bağı dedikləri yer qəbirstanlıqdan aralı olub. Orda xan bulağı deyilən yer olub, suyu gedib ordan gətirirlərmiş.
The contents of this page are sourced from Wikipedia article on 21 Jun 2024. The contents are available under the CC BY-SA 4.0 license.