Məmməd Əhəd oğlu Salmanov

Azerbaijani biologist
The basics

Quick Facts

IntroAzerbaijani biologist
PlacesAzerbaijan
isScientist Biologist
Work fieldScience
Gender
Male
Birth12 January 1932, Hayanist, Armenia
Age93 years
Star signCapricorn
Education
Azerbaijan State Agricultural Academy
Awards
Shohrat Order 
The details

Biography

Məmməd Salmanov (Salmanov Məmməd Əhəd oğlu; 12 yanvar 1932(1932-01-12), Qaraqışlaq, Ararat mərzi) — Biologiya elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (2001), AMEA-nın həqiqi üzvü (2007).

Həyatı

Məmməd Salmanov 1932-ci il yanvarın 12-də Ermənistanda Qaraqışlar kəndində anadan olmuşdur. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutu bitirmişdir, biologiya elmləri doktorudur. Onun çapdan çıxmış elmi əsərlərin ümumi sayı 180, xaricdə çıxmış elmi əsərlərin sayı isə 76 . Məmməd Salmanov 2001-ci ildə AMEA-nın müxbir üzvi, 2007-ci ildə isə həqiqi üzv seçilmişdir.

Əsas elmi nailiyyətləri

XX əsrin 50-ci illərində müxtəlif iqlim-coğrafi şəraitdə yaradılan süni su hövzələrinin (Volqa üzərində-Kuybişev və Kür cayı məcrasında - Mingəcevir su anbarları misalında) formalaşmasında ümumi qanunauyğunluğun təyin və elmi-cəhətdən əsaslandırılması; Kür və Araz çayları hövzəsində uzun müddətli antropogen təsirlərin nəticəsində ekosistemdə mikrogeoloji sukçessiyanın yaranmasının subatı və ekoloji təzadları; Xəzər dənizində üzün maddələr balansının təyin edilməsi. Həmçinin Xəzərdə antropogen evtroflaşmanın ekoloji təzadları və oksigen məsrəfinin artması səbəbləri. "Tətbiqi ekologiyanın əsasları", "Ekologiya və biz", "Bir içim su" dərslik vasitələri kitabları; "Xəzər dənizinin bioloji məhsuldarlığının ekologiyası", "Kür çayı hövzəsinin ekologiyası" monoqrafiyaları. 2 metodik tövsiyə.

Əsas elmi əsərlərin adları

  • Azərbaycanın su hövzələrinin müasir ekoloji vəziyyəti (1973, monoqrafiya, Bakı)
  • Xəzərin məhzuldarlığı proseslərində mikrofora və fitoplanktorun rolu (1987, Moskva "Nauka"-monoqrafiya. Həmin əsər 1994-cü ildə JJR-da çap olunub-Farsca)
  • Kür çayı və Kür hövzəsinə aid sututarlaror ekologiyası (1996, monoqrafiya, Bakı)
  • Xəzər dənizinin bioloji məhzuldarlığı və ekologiyası (1999, Bakı -monoqrafiya)
  • Orta və Cənubi Xəzərin dərin yerlərinin mikrobiologiyası (Həştərxan 2001)
  • Qızılağac körfəzi – Dövlət Təbiət qoruğu: ekologiyası, bioloji məhzuldarlığı (dünəni, bu günü və sabahı)(monoqrafiya-Bakı, 2011)
  • Türkiye Cumhuriyyəti Sınırları içində Kura ve Aras nehrlerinin ekoloji mikrobiologiyası (monoqrafiya-İstanbul, 2011 (Türk dilində))
  • Praktiki aqrobioekologiya (Bakı, 2013- monoqrafiya)
  • Mikroorqanizmlərin iştirakı ilə deqradasiya və transformasiya (Bakı, 2013- monoqrafiya)

Mükafatlar

  • AMEA-nın Fəxri Fərmanı - 2002,
  • "Şöhrət" ordeni - 2005

Vəzifəsi

AMEA Mikrobiologiya İnstitutun direktoru, kafedra müdiri, elmi məşvərətçi.

İş yeri və ünvanı

AMEA Mikrobiologiya İnstitutu, AZ1073, Azərbaycan Respublikası, Bakı ş., Mikayıl Müşfiq küçəsi 103; Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikası, Bakı ş., Vaqif pr., 3/39.

The contents of this page are sourced from Wikipedia article on 14 May 2020. The contents are available under the CC BY-SA 4.0 license.