Biography
Lists
Also Viewed
Quick Facts
A.K.A. | Akif Nurağaoğlu | |
A.K.A. | Akif Nurağaoğlu | |
is | Writer | |
Work field | Literature | |
Gender |
| |
Birth | 28 May 1950 | |
Age | 74 years |
Biography
Akif Nurağa oğlu Abbasov (d. 28 may 1950(1950-05-28), Əli Bayramlı (indiki Şirvan), Azərbaycan SSR, SSRİ) — yazıçı, tərcüməçi, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000), pedaqoji elmlər doktoru (1995), professor (2004), əməkdar müəllim (2012), Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (2009).
Həyatı
Akif Abbasov 1950-ci il mayın 28-də Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur.
Burada N. Nərimanov adına 2 saylı orta məktəbi bitirdikdən sonra "İşıq" şəhər qəzeti redaksiyasında müxbir işləmişdir (1967-1968). M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis və Azərbaycan dilləri fakültəsində təhsil almışdır (1968-1973). Təyinatı Sabirabad rayonuna verilmiş, rayonun Şıxsalahlı və Qaragünə kənd orta məktəblərində ingilis dili müəlllimi işləmişdir (1973-1975).
Müsabiqə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) tərbiyənin ümumi problemləri şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur (1975). Sonralar elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir (1975-2001). 2001-ci ildən həmin institutun elmi katibidir.
Namizədlik (1987) və doktorluq dissertasiyaları (1995) müdafiə etmişdir. Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (indiki Bakı Qızlar Universiteti) elmi işlər üzrə prorektor olmuşdur (1992-1998). Azərbaycan, rus və ingilis dillərində nəşr edilən "Təhsil, mədəniyyət, incəsənət" elmi-nəzəri və metodik jurnalın redaktoru olmuşdur (2000-2006). Hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutunun "Elmi əsərlər"inin baş redaktoru, Bakı Qızlar Universitetinin "Elmi əsərlər"inin redaktorudur.
Ədəbi-pedaqoji fəaliyyətə 1966-cı ildən başlamışdır. İlk mətbu yazısı Əli Bayramlı şəhərində çıxan "İşıq" qəzetində dərc olunmuşdur (1966). Bundan sonra dövri mətbuatda vaxtaşırı bədii və elmi-kütləvi əsərlərlə çıxış etmişdir. Rus və ingilis dillərindən tərcümələri "Dünya", "Bağban" almanaxlarında, müxtəlif qəzet və jurnallarda çap edilmiş, kitab və kitabçalar kimi işıq üzü görmüşdür. Ümumtəhsil, orta ixtisas və ali məktəblər, eyni zamanda xüsusi məktəblər üçün 15-dən artıq dərslik və dərs vəsaitinin, həmçinin bir sıra fənn proqramının və elmi-metodik əsərlərin müəllifidir.
Akif Abbasov aşağıdakı birpərdəli pyesləri rus dilindən azərbaycancaya tərcümə etmiş və onlar respublika radiosunun "Firuzə" tələbə teatrında səslənmişdir:
- M. Bayciyev. Duel. 1 sentyabr 1980 (saat 22.30).
- Z. Çernışeva. Buzda ehtiyatlı ol. 1 dekabr 1980 (saat 22.30).
- Q. Kuntsev. İstəkli adamlar üçün hədiyyə. 2 fevral 1981 (saat 22.30).
- Y. Obuxov. Nənə gələndə. 7 fevral 1983.
- V. Kojevnikov. Səhra. 3 yanvar 1983.
- Y. Ziskind. Uğurlu skamya. 4 fevral 1985.
Akif Abbasovun 1986-cı ildə tərcümə etdiyi "Andro və Sandro" pyesi (müəllif: Georgi Xuqayev) 1987-ci ildə respublika radiosunun "Ədəbi-dram verilişləri" redaksiyasında səsləndirilmişdir. Radiotamaşanın rejissoru Həsən Əbluc olmuşdur. Tamaşanı tanınmış Azərbaycan aktyorları səsləndirmişdilər.
Akif Abbasov "Aldanma sözlərə", "Samsundan başlanan yol" və "Sultan II Murad" romanlarının müəllifidir.
A.N. Abbasov Azərbaycan Maarif Nazirliyinin (hazırda Təhsil Nazirliyi) "Qabaqcıl maarif işçisi" döş nişanına və fəxri fərmanlarına layiq görülmüşdür.
Akif Abbasova 2004-cü ildə professor elmi adı verilmişdir. 26 dekabr 2006-cı il tarixində "Tərəqqi" medalı ilə təltif edilmiş, 2007-ci ildə "Qızıl qələm" mükafatına layiq görülmüşdür.
A.N. Abbasov 24 aprel 2009-cu ildən etibarən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvüdür.
1 oktyabr 2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən, "Azərbaycan Respublikasının Əməkdar Müəllimi" fəxri adına layiq görülmüşdür .
Kitabları
Elmi əsərləri
- Orta ümumtəhsil məktəblərində şagirdlərin kommunist tərbiyəsinin bəzi məsələləri. Bakı: Maarif, 1978, 96 səh. (M.Ağayev, Ə.Sarıyev, S.Novruzqızı ilə birlikdə)
- Şagirdlərin hüquq tərbiyəsi. Bakı: Maarif, 1983, 92 səh.
- Şagirdlərin hüquq tərbiyəsində məktəb, ailə və ictimaiyyətin əlbir işinin təlim prosesində nəzərə alınması. Bakı: Azərbaycan Respublikası Maarif Nazirliyinin nəşri, 1983, 26 səh.
- Şagirdlərin elmi-ateizm tərbiyəsi. Bakı: Maarif Nazirliyinin nəşri, 1984, 24 səh.
- VIII-X sinif şagirdlərinin ailə həyatına hazırlanması üzrə işin forma və yolları. Bakı: Maarif Nazirliyinin nəşri. 1984, 24 səh.
- Ümumtəhsil məktəbləri şagirdlərinin kommunist tərbiyəsi. Bakı: Maarif, 1984, 156 səh. (Z.Qaralov, R.Mustafayeva, Ə.Həşimovla birlikdə)
- Pioner düşərgələrində işin təşkili. Bakı: 1985, 32 səh.
- Ailədə uşaqların hüquq tərbiyəsinin yolları. Bakı: Maarif Nazirliyinin nəşri, 1985, 28 səh.
- Ailə həyatının etika və psixologiyası kursunun tədrisinə dair (I hissə). Bakı: Maarif Nazirliyinin nəşri, 1985, 28 səh. (Ə.Əlizadə ilə)
- Ailə həyatının etika və psixologiyası kursunun tədrisinə dair (II hissə). Maarif Nazirliyinin nəşri, 1985, 34 səh. (Ə.Əlizadə ilə)
- Dərsdənkənar fəaliyyət prosesində şagirdlərin hüquq tərbiyəsində məktəb, ailə və ictimaiyyətin əlbir işi. Bakı: Maarif Nazirliyinin nəşri, 1986, 24 səh.
- Совместная работа школы, семьи и общественности в правовом воспитании учащихся. Bakı: Maarif Nazirliyinin nəşri, 1986, 32 səh.
- Şagirdlərdə sülhə məhəbbət və müharibəyə nifrət hisslərinin tərbiyə olunması metodikası. Bakı: Maarif Nazirliyinin nəşri, 1986, 24 səh. (Y.Qaraxanovla)
- Məktəblilərdə çörəyə qənaət və qayğılı münasibət hissinin tərbiyə edilməsi. Bakı: Maarif Nazirliyinin nəşri, 1986, 31 səh. (T. Paşayevlə)
- Ümumtəhsil məktəblərinin tədris fənlərində Sov. İKP XXVII və Azərb. KP XXXI qurultaylarının materiallarının öyrənilməsi. Bakı: Maarif Nazirliyinin nəşri, 1986, 58 səh. (R.Əliyev və N.İsrafilovla)
- Yuxarı sinif şagirdlərinin ictimai-siyasi fəaliyyəti prosesində onlarda fəal həyat mövqeyinin formalaşdırılması üzrə işin metodikası. Bakı: Maarif Nazirliyinin nəşri, 1988, 28 səh. (Q.Əhmədovla)
- "Ailə həyatının etika və psixologiyası" kursu üzrə tapşırıqlar sistemi. Bakı: Maarif Nazirliyinin nəşri, 1988, 18 səh. (Ə.Əlizadə ilə)
- "Ailə həyatının etika və psixologiyası" kursunun tədrisinin ümumi məsələləri. Bakı: Maarif Nazirliyinin nəşri, 1988, 28 səh. (Ə.Əlizadə ilə)
- Ailə (elmi-kütləvi nəşr). Bakı: Maarif, 1989, 312 səh. (Ə.Əlizadə ilə)
- Ümumtəhsil məktəbi şagirdlərini ailə həyatına hazırlamağın bəzi məsələləri. Bakı: Təhsil Nazirliyinin nəşri. 1989, 41 səh.
- Təlim prosesində və dərsdənkənar tədbirlər zamanı şagirdlərdə ailə həyatının mənəvi və psixoloci əsaslarının formalaşdırılması. Bakı: Təhsil Nazirliyinin nəşri, 1991, 64 səh.
- Az söylə, söz söylə (Şərqin şifahi və yazılı sənət abidələrində tərbiyəvi fikirlər). Bakı: Maarif, 1992, 400 s. (S.Həsənova ilə)
- Qız gəlin köçür (yeniyetmə və gənclərin ailə həyatına hazırlanması məsələləri). Bakı: Gənclik, 1992, 44 s. (H.Əhmədovla)
- Müqəddəs şəxslərin tərbiyəvi fikirləri. Azərb. ETPEİ-nin nəşri, 1992, 18 səh. (H. Əhmədovla)
- Məktəbliləri ailə həyatına hazırlamağın nəzəriyyəsi və təcrübəsi: ped.elm. dok. dis. avtoref. Bakı: ADPU, 1995, 42 səh.
- Məktəbliləri ailə həyatına hazırlamağın nəzəriyyəsi və təcrübəsi: ped.elm. dok. dis. Bakı: ADPU, 1995, 309 səh.
- Azərbaycan tarix və mədəniyyət abidələrinin məktəblilərə öyrədilməsinin metodikası. Bakı: Təhsil Nazirliyinin nəşri, 1996, 16 səh. (T.Paşayev, Y.Məmmədovla)
- Azərbaycan Respublikasının Konstitusiyası və orta ümumtəhsil məktəblərində ondan istifadənin imkanları. Bakı: Təhsil Nazirliyinin nəşri, 1997, 85 səh. (Ş.Mikayılov və b. ilə)
- Bakı Ali Pedaqoji Qızlar Seminariyası. Bakı: Çaşıoğlu, 1997, 62 səh. (A.Rəhimov və b. ilə)
- İngiliscə-azərbaycanca pedaqoji-psixoloji lüğət. Bakı: Mütərcim, 1999, 100 səh. (X.Asimqızı ilə)
- Əli Bayramlı mətbuatı ("Muğan sədası"ndan başlanan "İşıq"lı yol). Bakı: Araz, 2000, 160 səh. (F.Rəhimovla)
- Əli Bayramlı müəllimləri. Bakı: "Təhsil, mədəniyyət, incəsənət" jurnalının xüsusi bülleteni. 2001, 26 səh. (Ş.Qəribov, F.Rəhimovla)
- Azərbaycanca-ingiliscə pedaqoji-psixoloji terminlər lüğəti. Bakı: Mütərcim, 2006, 196 səh.
- Təhsil Problemləri İnstitutu (müəlliflərdən biri). Bakı: TTM, 2006, 306 səh.
Ali və orta məktəblər üçün proqramlar
- Bütün tip ümumtəhsil məktəblərində və məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəyə kompleks yanaşma proqramı. Bakı: Maarif Nazirliyinin nəşri, 1985, 168 səh. (K.Rəhimov, Z.Qaralov, Ə.Ağayev və b. ilə)
- Ailə həyatının etika və psixologiyası: IX sinif üçün. Bakı: Maarif Nazirliyinin nəşri, 1985, 32 səh. (Ə.Əlizadə ilə)
- Ailə həyatının etika və psixologiyası (təkmilləşdirilmiş və əlavələr edilmiş ikinci nəşri): IX sinif üçün. Bakı: Maarif Nazirliyinin nəşri 1989, 50 səh. (Ə.Əlizadə ilə)
- Pedaqogika. Bakı: Mütərcim, 1998, 70 səh. (H.Əlizadə və b. ilə)
- İlyas Əfəndiyev adına Elitar gimnaziyanın I-IV sinifləri üçün ingilis dili proqramı. Bakı: Təhsil Nazirliyinin nəşri, 2002, 35 səh. (M.Məmmədova ilə)
- Milli əxlaq və ailə etikası. Bakı: ADPU, 2008, 40 səh. (R. Əliyev və S. Bayramova ilə)
- Pedaqogika: orta ixtisas məktəbləri üçün. Bakı: Mütərcim, 2010, 25 səh.
Ümumtəhsil, orta ixtisas, ali məktəblər və xüsusi məktəblər üçün dərslik və dərs vəsaitləri
- Ailə: IX siniflər üçün dərslik. Bakı: Maarif, 1986. 276 səh. (Ə.Əlizadə ilə)
- Ailə həyatının etika və psixologiyası: Müəllim üçün vəsait. Bakı: Maarif, 1988, 192 səh. (Ə.Əlizadə ilə)
- Ailə. IX siniflər üçün dərslik. Bakı: Maarif, 1989, 256 səh. (Ə.Əlizadə ilə)
- Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat. Bakı: Maarif, 1989, 232 səh. (Ə.Əlizadə ilə)
- Pedaqogikadan müxtəsər konspekt və sxemlər. Bakı: Günel, 1993, 62 səh.
- Pedaqogika: müxtəsər və konspekt və sxemlər. Bakı: 1995, 62 səh.
- Oxu (zəif eşidənlər üçün internat məktəbinin III sinfi üçün). Bakı: Maarif, 1997, 160 səh. (F.Sadıqov, D.Dostuzadə ilə)
- Pedaqogika: Ali məktəblər üçün dərslik. Bakı: Renessans, 2000, 202 səh. (H.Əlizadə ilə)
- ABC Book. I sinif üçün ingilis dili dərs vəsaiti. Bakı: Elnur-Poliqrafiya müəssisəsi, 2003, 36 səh. (M. Məmmədova ilə)
- İngilis dilindən imla və ifadə mətnləri məcmuəsi (V-XI siniflər üçün). Bakı: Mütərcim, 2006, 104 səh.
- Pedaqogika: müxtəsər konspekt və sxemlər. Bakı: Mütərcim, 2007, 80 səh.
- Milli əxlaq və ailə etikası: orta ixtisas məktəbləri üçün dərslik. Bakı: Mütərcim, 2008, 296 səh.
- İngilis dilindən imla və ifadə mətnləri məcmuəsi: Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün. Bakı: Mütərcim, 2008, 104 səh.
- Oxu (zəif eşidən uşaqlar üçün). III sinif üçün dərslik. Bakı: Təhsil, 2008, 160 səh.
- Oxu (zəif eşidən uşaqlar üçün). IV sinif üçün dərslik. Bakı: Təhsil, 2008, 160 səh.
- Oxu (zəif eşidən uşaqlar üçün). V sinif üçün dərslik. Bakı: Təhsil, 2008, 168 səh.
- Pedaqogika: orta ixtisas məktəbləri üçün dərslik. Bakı: Mütərcim, 2009, 348 səh.
- Oxu (zəif eşidən uşaqlar üçün). II sinif üçün dərslik. Bakı: Təhsil, 2010, 100 səh.
- Pedaqogika: orta ixtisas məktəbləri üçün dərslik. Bakı: Mütərcim, 2010, 348 səh.
- Pedaqogika: orta ixtisas məktəbləri üçün dərs vəsaiti. Bakı: Mütərcim, 2010, 344 səh.
- Portret cizgiləri. Bakı: Mütərcim, 2010, 124 səh.
- Milli əxlaq və ailə etikası: orta ixtisas məktəbləri üçün dərslik. Bakı: Mütərcim, 2010, 320 səh.
- Seçilmiş əsərləri. 12 cilddə. I cild. Bakı: Mütərcim, 2010, 344 səh.
- Təhsil sisteminin idarə olunmasının pedaqoji-psixoloji problemləri. Bakı: Mütərcim, 2011, 338 səh.
- Oxu-2: zəif eşidən uşaqlar üçün dərslik. Bakı: Şərq-Qərb, 2011, 128 səh.
- Müəllim hazırlığına yeni yanaşmalar. Bakı: Mütərcim, 2012, 324 səh.
- Milli əxlaq və ailə etikası: universitetlərin magistratura səviyyəsi üçün dərslik. Bakı: Mütərcim, 2013, 324 səh.
- Təhsilin modernləşdirilməsinin aktual problemləri. Bakı: Mütərcim, 2013, 412 səh. (şərikli)
- Seçilmiş əsərləri. 12 cilddə. II cild. Bakı: Mütərcim, 2014, 360 səh.
- Pedaqoji internatura. Bakı: Mütərcim, 2015, 48 səh.
- Milli əxlaq və ailə etikası: orta ixtisas məktəbləri üçün dərslik. Bakı: Mütərcim, 2015, 324 səh.
Bədii əsərləri
- Lələşin ayaqqabısı (hekayələr). Bakı: Mütərcim, 1998, 40 səh.
- Xəyanət (povest və hekayələr). Bakı: Mütərcim, 1999, 104 səh.
- Qaş düzəltdiyi yerdə (hekayələr və lətifələr). Bakı: Mütərcim, 1999, 84 səh.
- Dədəmə oxşayırsan (hekayələr və lətifələr). Bakı: Mütərcim, 2004, 56 səh.
- Aldanma sözlərə (roman). Bakı: Mütərcim, 2004, 150 səh.
- Gəl Məliyin dovğasına (lətifələr). Bakı: Mütərcim, 2006, 72 səh.
- Gəlin (hekayələr və lətifələr). Bakı: Mütərcim, 2007, 60 səh.
- Atatürk haqqında hekayələr (birinci kitab). Bakı: AzAtaM, 2007, 96 səh.
- Atatürk haqqında hekayələr (ikinci kitab). Bakı: AzAtaM, Mütərcim, 2007, 88 səh.
- Atatürk (pyes). Bakı: Mütərcim, 2007, 72 səh.
- Böyük türk (hekayələr). Bakı: Mütərcim, 2007, 28 səh.
- Xallı kəpənək (hekayə və lətifələr). Bakı: Mütərcim, 2009, 56 səh.
- Müdirin ayağı (hekayələr). Bakı: Mütərcim, 2010, 60 səh.
- Bir qıçlı öz atasıdır (hekayələr). Bakı: Mütərcim, 2010, 60 səh.
- Dar günün dostu (povest və hekayələr). Bakı: Mütərcim, 2010, 60 səh.
- Geydirmə araq (hekayələr). Bakı: Mütərcim, 2010, 60 səh.
- Samsundan başlanan yol (roman və pyes). Bakı: Mütərcim, 2011, 336 səh.
- Əsərləri. 10 cilddə. I cild. Bakı: Mütərcim, 2011, 336 səh.
- Sənə quzu kəsim (hekayələr və lətifələr). Bakı: Mütərcim, 2011, 60 səh.
- Yumruq (hekayələr və lətifələr). Bakı: Mütərcim, 2012, 72 səh.
- Yumurta (hekayələr və lətifələr). Bakı: Mütərcim, 2012, 74 səh.
- Əsərləri. 10 cilddə. II cild. Bakı: Mütərcim, 2014, 240 səh.
- Roman, povest və hekayələr. Bakı: Mütərcim, 2014, 240 səh.
- Əsərləri. 10 cilddə. III cild. Bakı: Mütərcim, 2014, 232 səh.
- Hekayələr. Bakı: Mütərcim, 2014, 232 səh.
- Əsərləri. 10 cilddə. IV cild. Bakı: Mütərcim, 2014, 264 səh.
- Pyeslər. Bakı: Mütərcim, 2014, 264 səh.
- Əsərləri. 10 cilddə. V cild. Bakı: Mütərcim, 2014, 244 səh.
- Pensiya pulu. (hekayələr, lətifələr və ingilis dilindən tərcümələr). Bakı: Mütərcim, 2014, 244 səh.
- Əsərləri. 10 cilddə. VI cild. Bakı: Mütərcim, 2014, 216 səh.
- Banu və babası. (hekayələr, lətifələr və ingilis dilindən tərcümələr). Bakı: Mütərcim, 2014, 216 səh.
- Əsərləri. 10 cilddə. VII cild. Bakı: Mütərcim, 2015, 364 səh.
- Acı xatirələr (roman). Bakı: Mütərcim, 2015, 364 səh.
- Atatürk (piyes). Ankara: Özel Der Yayınları, 2015, 84 səh.
- Sultan II Murad (roman). Bakı: Mütərcim, 2016, 184 səh.
Bədii tərcümələri
- Kristi Tökerin ölümü (hekayələr). Bakı: Təbib, 2000, 44 səh. (ingilis və rus dillərindən tərcümələr)
- Uilyam Somerset Moem. Yolagəlməz qadın (povest). Bakı: Nurlan, 2004, 40 səh. (ingilis dilindən tərcümə)
- Uilyam Somerset Moem. Yağış (povest). Bakı: Nurlan, 2004, 48 səh. (ingilis dilindən tərcümə)
- Yağış altında pişik (hekayələr). Bakı: Mütərcim, 2004, 48 səh. (ingilis dilindən tərcümələr)
- Georgi Xuqayev. Andro və Sandro (pyes). Bakı: Mütərcim, 2004, 60 səh. (rus dilindən tərcümə)
- Touşan Esenova. Ali təhsilli arvad (pyes). Bakı: Mütərcim, 2004, 56 səh. (rus dilindən tərcümə)
- Mar Bayciyev. Duel (pyes). Bakı: Mütərcim, 2004, 44 səh. (rus dilindən tərcümə)
- Tiflissayağı boşanma (hekayələr). Bakı: Mütərcim, 2005, 52 səh. (ingilis və rus dillərindən tərcümələr)
- Qrehem Qrin. Canlılar yaşayan otaq (pyes). Bakı: Mütərcim, 2005, 68 səh. (ingilis dilindən tərcümə)
- Küçə tinində hadisə (hekayələr). Bakı: Mütərcim, 2006, 40 səh. (ingilis dilindən tərcümələr)
- Uilyam Somerset Moem. Edvard Barnardın ruh düşkünlüyü (povest). Bakı: Mütərcim, 2006, 40 səh. (ingilis dilindən tərcümə)
- ↑ Abbasov, A. “Ümidlər boşa çıxdı, yaxud ilanın ağına da lənət, qarasına da...” //Təhsil problemləri.- 2007.- 11-20 avqust.
- ↑ Akif Abbasov - Atatürk haqqında hekayələr
- ↑ Akif Abbasovun “Yumruq” adlı hekayələr və lətifələr kitabı nəşr olundu
- ↑ Akif Abbasovun “Yumurta” adlı hekayələr və lətifələr kitabı nəşr olundu
- ↑ "ACI XATİRƏLƏR" ROMANI İŞIQ ÜZÜ GÖRDÜ
- ↑ Məmmədov, Ş. “Küçə tinində hadisə” //Azərbaycan müəllimi.- 2006.- 29 sentyabr.
Haqqında
- "Akif Abbasov". Sahib Sailov. Muğanın övladları. Bakı: Gənclik, 1998
- "Akif Abbasov". Əjdər Ol. Şirvana binə gəlləm. Bakı: Şirvannəşr, 1999
- "Akif Abbasov". Teymur Əhmədov. XX əsr Azərbaycan yazıçıları: ensiklopedik məlumat kitabı. Bakı: Nurlar, 2004
- Alim və yazıçı ömrü. Bakı: Mütərcim, 2010, 298 səh. (tərtib edənlər: L. Abbasova, B. Akifoğlu)
- "Akif Abbasov". Teymur Əhmədov. “Azərbaycan yazıçıları XX-XXI yüzilliklərdə: Ensiklopedik məlumat kitabı”. Bakı: Nurlar, 2011
Filmoqrafiya
- Canavar balası (film, 1997) – redaktor və aktyor
- Qırmızı qar (film, 1998) – redaktor
İstinadlar
Mənbə
- "Ə.Y.Seyidov, M.M.Mehdizadə və M.Ə.Muradxanov məktəbinin davamçıları". Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 2000. - səh. 439-440.
- "60 illik ömür yolu". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010. - səh. 235.
- "İstedadın işığı, zəhmətin bəhrəsi...". Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. - səh. 107.