Biography
Lists
Also Viewed
Quick Facts
Intro | actor | |
Places | Azerbaijan Russia | |
is | Actor | |
Work field | Film, TV, Stage & Radio | |
Gender |
| |
Birth | 12 August 1967, Baku | |
Age | 57 years |
Biography
Xanlarova Mehriban Aslan qızı — Azərbaycan aktrisası.
Həyatı
Mehriban Xanlarova 1967-ci il avqust ayının 12-də Bakıda anadan olub. Yasamal rayonundakı 190 saylı orta məktəbi 1984-cü ildə bitirib. İki il Bakıdakı uşaq oyuncağı fabrikində işləyib. 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1990-cı ildə görkəmli aktyor, xalq artisti Məlik Dadaşovun rəhbərlik etdiyi kursu qurtarıb.
Bir müddət azad sənətkar kimi teletamaşalarda oynayıb, "Azərbaycanfilm" kinostudiyasında "Kənar adamlar" (Flora), "Qəzəlxan" (katibə), "Xoşbəxtlər" (müğənninin arvadı) filmlərinə çəkilib. Türkiyənin TRT 1 televiziya kanalının dəvətilə orada "Bizim məhəllə" (Səda) və "Cinlər və pərilər" (Leyla) telefilmlərində əsas rolları ifa edib. 1998-ci il yanvar ayının 1-də Akademik Milli Dram Teatrının aktyor truppasına aktrisa kimi qəbul olunub. İndiyə qədər bu teatrın səhnəsində çox sayda rol alıb. Teatrda işlədiyi illərdə Azərbaycan Dövlət Televiziyasında İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" (Anjel) teletamaşasında oynayıb.
Mükafatları
24 dekabr 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülüb.
Mehriban Xanlarova 2018-ci ildə "Manqurt" tamaşasında ifa etdiyi Nayman Ana obrazına görə, Bişkekdə keçirilən Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunmuş "Aytmatov və teatr" festivalında "İkinci planda ən yaxşı qadın rolu" nominasiyasının qalibi olub.
- SSRİ xalq artisti müğənni Zeynəb Xanlarovanın qardaşı qızıdır.
Filmoqrafiya
- Ayrılıq imiş (film, 2008)
- Bəxtəvər (film, 1990)
- Bircəciyim (film, 1986)
- Biz qayıdacağıq (film, 2007)
- Bizim Məhəllə-Səda (Türkiyə)
- Bomba (film, 2005)
- Böyük ömrün davamı (film, 2007)
- Cinlər və Pərilər-Leyla (Türkiyə)
- Ərazi (film, 2005)
- Həkimlər
- Kənar adamlar (film, 1992)
- Kuklalar (film, 2010)
- Qəzəlxan (film, 1991)
- Məhkumlar (film, 2007)
- Məhv olmuş gündəliklər (film, 1999)
- Rami (film, 2007)
- Rejissor. Ramiz Əsgərov haqqında... (film, 2004)
- Sahilsiz gecə (film, 1989)
- Satko
- Sifarişçi (film, 2000)
- Son arzu (film, 2003)
- Şəbəkə (film, 2011)
- Təlatüm (film, 2006)
- Toy gecəsi (serial, 2013)
- Taxta Ayı (serial, 2018)