Mehdi Mustafayev

Azerbaijani agronomist
The basics

Quick Facts

IntroAzerbaijani agronomist
PlacesAzerbaijan
wasAgronomist
Work fieldScience
Gender
Male
Birth15 September 1914, Tatlı, Azerbaijan
Death5 June 1979Baku, Russian Empire (aged 64 years)
Star signVirgo
Politics:Communist Party Of The Soviet Union
Education
Azerbaijan State Agricultural Academy(—1935)
Awards
Order of Lenin 
Order of the Red Banner of Labour 
Order of the Badge of Honour 
Hero of Socialist Labour 
The details

Biography

Mustafayev Mehdi Həsən oğlu (d. 15 sentyabr 1914(1914-09-15), Azərbaycan, Qazax (indiki Ağstafa) rayonunun Tatlı kəndi,.ö.  1979-cu il) — Azərbaycanda meşə mühafizəsi işinin görkəmli təşkilatçısı və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı

Həyatı

Mehdi Həsən oğlu Mustafayev 1914-cü il sentyabr ayının15-də Qazax (indiki Ağstafa) rayonunun Tatlı kəndində II Həsən ağanın ailəsində dünyaya gəlmişdir. Mehdi müəllimin tərcümeyi-halına nəzər salanda məlum olur ki, onun ulu babası Həsən bəy, babası isə Kərbəlayı Mustafa ağa olmuşdur. Valideynlərini erkən itirdiyindən hələ gənc yaşlarından zəhmətə qatlaşmalı olur. O,Tatlı kənd orta məktəbinin birinci pilləsini bitirdikdən sonra, 1929-cu ildə Gəncə şəhərinə gəlmiş və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun nəzdində hazırlıq kursunda təhsil alır.
1931-ci ildə yenicə Bakıdan Gəncəyə köçürülmüş Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Bitkiçilik fakültəsinin üzümçülük-şərabçılıq şöbəsinə qəbul olunur.
Universitetin arxivində saxlanılan şəxsi işində Mehdi Mustafayevə məxsus diplomun surəti və institut direktorunun tədris hissəsi üzrə müavini İmran Kaşıyevin imzaladığı 20 fevral 1936-cı il tarixli 508 nömrəli arayışda göstərilir ki, Mustafayev Mehdi Həsən oğlu 1935-ci il noyabrın 21-də Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun üzümçülük və şərabçılıq şöbəsini tam bitirmiş, “Vakuum aparatlarında üzüm şirəsinin qatılaşdırılması” mövzusunda diplom işini müdafiə etmiş, Dövlət Kvalifikasiya Komissiyasının qərarına əsasən AKTİ-nin 9 dekabr 1935-ci il tarixli 265 nömrəli əmrilə ona aqronom-üzümçü-şərabçı ixtisası verilmişdir.
Mehdi Mustafayev institutu bitirdikdən sonra 1936-1942-ci illərdə gənc mütəxəssis kimi Şamaxı rayonunun torpaq şöbəsində aqronom, şöbə müdiri vəzifələrində çalışır. Onun fəallığı, işgüzarlığı çoxunun diqqətini cəlb edir. Sonralar Samux rayonundakı (keçmiş Səfərəliyev) 2 nömrəli sovxoza direktor təyin olunur. Burada gənc aqronomun iş qabiliyyəti, təşkilatçılığı, vətənpərvərliyi tam aydınlığı ilə üzə çıxır.
Böyük Vətən müharibəsi başlananda Mehdi müəllim dövlət tərəfindən İrana göndərilir. Oradan qayıdandan sonra Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində bir sıra məsul işlərdə, xeyli müddət kənd təsərrüfatı şöbəsi müdirinin müavini vəzifəsində çalışır. Mehdi Mustafayev sonralar Tovuz Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir. Bu dövrdə rayon yüksək göstəricilər əldə etmişdir. Dövlətin bütün tapşırıqları artıqlaması ilə yerinə yetirilmişdir.
Həmin illərdən bu fəal və işgüzar insanın ictimai həyatda yeni yüksəliş dövrü başlanır. 1953-1959-cu illərdə o, Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini, 1959-cu ildən ömrünün sonunadək (1979-cu il) Nazirlər Sovetinin Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri vəzifələrində işləmişdir.

Mükafatları, təltifləri və fəxri adları

Onun xidmətləri həmişə yüksək qiymətləndirilmiş, Lenin, “Qırmızı Əmək Bayrağı”, “Şərəf Nişanı” ordenləri və bir çox medallarla təltif edilmiş, 1948-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş, bir neçə çağırış respublika Ali Sovetinin deputatı olmuşdur. 1964 və 1974-cü illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif olunmuşdur.

M.H.Mustafayevin heykəl və büstləri

  • Ağstafa şəhəri ndə Mehdi Mustafayevin adını daşıyan parkda görkəmli dövlət xadiminin büstü


The contents of this page are sourced from Wikipedia article on 04 Apr 2020. The contents are available under the CC BY-SA 4.0 license.