Biography
Filmography (3)
Lists
Also Viewed
Quick Facts
Intro | Azerbaijan actress | ||||
A.K.A. | Matanat Atakisiyeva | ||||
A.K.A. | Matanat Atakisiyeva | ||||
Places | Russia Azerbaijan | ||||
is | Actor Stage actor Film actor | ||||
Work field | Film, TV, Stage & Radio | ||||
Gender |
| ||||
Birth | 16 May 1962, Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire | ||||
Age | 62 years | ||||
Star sign | Taurus | ||||
Education |
| ||||
Awards |
|
Biography
Mətanət Ağazair qızı Atakişiyeva — Azərbaycan aktrisası, Azərbaycan Respublikanın əməkdar artisti (2002).
Həyatı
Mətanət Ağazair qızı Atakişiyeva 16 may 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Həmin ildən də Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Teatrın səhnəsində oynadığı rollar bunlardır.
Qaraçı ("İblis" H.Cavid), Kəniz ("Atabəylər" N.Həsənzadə), Dayə ("Sehrli alma" Y.Lada), Qəmər ("Nişanlı qız" S.Rəhman), 2-ci qız ("Od gəlini" C.Cabbarlı), Gülər xanım ("Ah, Paris…Paris!.." Elçin), Gülnar ("Vaqif" S.Vurğun), Gönçəqız ("Torpağa sancılan qılınc" N.Xəzri), Səhər ("Şeyx Xiyabani" İ.Əfəndiyev), İspan gözəli, Gülçin və Nağılçı ("Məlik Məmməd" nağıl-tamaşa), Qaratel ("Mənsiz dünya" N.Xəzri), Xumar ("Yalan" S.Rəhman), Kleya ("Məhəbbət və azadlıq" G.Fiqeryedu), Fitnə ("Fərhad və Şirin" S.Vurğun), Mələk ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), Qısırca yengə ("Burla Xatun" N.Xəzri), Səkinə ("Bu dünyanın adamları" Hidayət), Havalı qadın ("Ulduz yaxud Ədirnə fəthi" C.Cabbarlı), Qaraqoyunlu bibi ("Ağqoyunlular və qaraqoyunlular" Ə.Əmirli), Tubu xanım Axundova ("Brüsseldən məktublar" H.Həsənov), Xanım Həsənzadə ("Qatil" Elçin), Sərvinaz bəyim ("Ölüləri qəbiristanlıqda basdırın" İ.Şıxlı), Tasiya ("Kaş araba aşmayaydı" O.İoseliani), Fərqanə ("Xəcalət" H.Mirələmov), Anaxanım ("Eloğlu" A.Şaiq),Sara Bernard("Şekspir", Elçin), Dilşad ("Əmir Teymur", Hüseyn Cavid) kimi obrazlar tamaşaçı rəğbətini qazanmışdır.
Aktrisa "İnanmırsansa" (Arzu), "Ordan-burdan" (Rənanın rəfiqəsi), "Dəvətnamə" (Firuzə), "Yunus İmrə" (Fatma) teletamaşalarında və "Azərbaycanfilm"in istehsal etdiyi "Gümüşgöl əfsanəsi" (Nərgiz), Almaniyanın istehsalı olan "Məhəbbət və susuzluq" filmində Lüsi rolunda çəkilmişdir.
M. Atakişiyeva 2002-ci ildə Azərbaycan Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 2013-cü ilin mayında teatr sahəsindəki xidmətlərinə görə "Humay" milli mükafatına layiq görülmüşdür. 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Filmoqrafiya
- Gümüşgöl əfsanəsi (film, 1984)
- Ordan-burdan (film, 1987)
- Dəvətnamə (film, 2003)
- Tənha durna uçuşu (film, 2003)
- Cavid ömrü (film, 2007)
- Absurdistan (film, 2008) (tammetrajlı bədii film)-polisin arvadı
- Ayrılıq imiş (film, 2008)
- Vəkil hanı? (film, 2011)
- Ləyaqət hücrəsi (film, 2011)
- Mürafiə vəkillərinin hekayəti (film, 2011)
- Sübhün səfiri (film, 2012)
- Həyat çiçəyi (serial, 2013)
- Həyat sən nə qəribəsən (teleserial, 2013)