Biography
Lists
Also Viewed
Quick Facts
Intro | Azerbaijani historian, political scientist, and publicist | |
Places | Azerbaijan | |
is | Writer | |
Work field | Literature | |
Gender |
| |
Birth | 19 August 1961, Baku, Russian Empire | |
Age | 63 years | |
Star sign | Leo |
Biography
Lətifə Adil qızı Məmmədova — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitabxana sektorun müdiri (2004–2018), YUNESKO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin sədri (2011–2018), tarix elmləri üzrə fəlsəfə doktoru.
Həyatı və fəaliyyəti
1961-ci ilin avqust ayının 19-da Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin (h/h BDU) tarix fakültəsini bitirmiş, komsomol, sovet və partiya orqanlarında çalışmışdır.
1980–1987-ci illərdə Bakı şəhər Sovetinin (XVII,XVIII, XIX çağırışlar) deputatı seçilmişdir.
1985–1989-cu illərdə Bakı şəhər Əmircan qəsəbə Sovetinin deputatı (XIX və XX çağırışlar) və İcraiyyə Komitəsinin məsul katibi vəzifəsinə seçilmişdir.
1989–1990-cı illərdə Bakı şəhər Ordconikidze (Suraxanı) rayon partiya komitəsinin təlimatçısı vəzifəsində işləmişdir.
1990–1992-ci illərdə Bakı Ali Partiya Məktəbində, sonralar Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (BSİPİ) politologiya ixtisası üzrə təhsil almış və institutu fərqlənmə diplomu ilə bitirmişdir. İxtisasca – politoloq, ictimai siyasi fənlər müəllimidir.
Həmin illərdə elmi işlə məşğul olmağa başlamış və 1997-ci ildə "Azərbaycanda erməni siyasi təşkilatlarının fəaliyyəti (1918–1920-ci illər)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır.
1992–1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun, 1999–2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) tarix kafedrasının baş müəllimi, dosenti, 2002–2004-cü illərdə DİA-nın Elmi Kitabxanasının müdiri vəzifəsində çalışmış, Elmi Şuranın üzvü olmuşdur. 2004-cü ilin dekabr ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitabxana sektorun müdiri vəzifəsinə təyin olunmuşdur. Mədəniyyət Nazirliyinin ləğvi ilə əlaqədar, aparılan struktur islahatları nəticəsində Kitabxana sektoru ləğv olunduğu səbəbindən 2018-ci ilin iyun ayından Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru vəzifəsinə təyin olunmuşdur.
2011–2018-ci illərdə YUNESKO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin sədri olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsində müstəsna xidmətləri olmuşdur. Onun təşkilati dəstəyi ilə Mədəniyyət Nazirliyinin və digər nazirliklərin tabeçiliyində olan kitabxanalarda ilk Elektron kitabxanalar və Elektron kataloqlar yaradılmışdır.
Dövlət Proqramı əsasında L.Məmmədovanın fəal iştirakı ilə AZLİBNET Milli Kitabxana-İnformasiya Mərkəzi təşkil olunmuş və onun nəzdində ölkədə ilk və yeganə Toplu kataloq istifadəyə verilmişdir.
Lətifə Məmmədova Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" 2007-ci il 20 aprel tarixli Sərəncamına və Dövlət Proqramına əsasən "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nı yaratmışdır.
Ölkə başçısının müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə "Azərbaycanın kitab abidələri"nin reyestrinin yaradılması işinə başlamış və kitab abidələri haqqında CD hazırlamışdır.
L.Məmmədovanın təşəbbüsü və fəal iştirakı ilə bir çox sosial yönümlü davamlı layihələr gerçəkləşmişdir: "Kitabsevər uşaqlar" (YouTube kanalı və Facebook səhifəsi), "Sərhədsiz informasiya tribunası" (Facebook səhifəsi), "Gənc yazarların Mirzə Şəfi məclisi", "Şair və yazıçı tribunası" və s.
Lətifə Məmmədova Azərbaycan Respublikasını bir çox beynəlxalq tədbirlərdə təmsil edir.
ELNİT (ЭБНИТ) Beynəlxalq Assosiasiyasının İdarə həyətinin üzvüdür.
"Vışka" qəzetinin Redaksiya kollegiyasının üzvüdür.
Ailəlidir. Üç övladı və iki nəvəsi var.
Təltif və mükafatları
Lətifə Məmmədova kitabxana sahəsində göstərdiyi xidmətlərə görə müxtəlif illərdə Mədəniyyət və Turizm Nazirliyinin, habelə Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının Fəxri fərmanları ilə mükafatlandırılmışdır. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, habelə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunmuşdur.
Kitabları və elmi əsərləri
Lətifə Məmmədova kitabxana-informasiya sahəsinin inkişafına dair 5 kitabın və 100-dən çox məqalənin müəllifidir.
L.Məmmədovanın rəhbərliyi ilə aşağıdakı toplular nəşr edilmişdir:
- "Heydər Əliyev və mədəniyyət" üçcildlik. Bakı, 2007 (redaktor), "Prezident İlham Əliyev və mədəniyyət 2003–2008" ikicildlik. Bakı,2008 (həmtərtibçi)
- Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində çoxşaxəli fəaliyyətini əks etdirən "Mədəniyyətimizin və mədəni incilərimizin hamisi". Bakı, 2007. Azərbaycan, rus, ingilis, ərəb dillərində (redaksiya şurasının sədri)
- "Prezident İlham Əliyev və mədəniyyət (2003–2008)" Bakı, 2013 (həmtərtibçi)
- "Prezident İlham Əliyev və mədəniyyət (2008–2013)" ikicildlik. Bakı, 2013 (həmtərtibçi)
- "Prezident İlham Əliyev və mədəniyyət (2013–2018)" ikicildlik. Bakı, 2018 (həmtərtibçi)
L.Məmmədova ümumilikdə 35-dən çox kitab hazırlayıb, 200-dən çox qəzet və jurnal məqələsinin müəllifidir.