Kor Ahed

Azərbaycan qarmonçusu
The basics

Quick Facts

IntroAzərbaycan qarmonçusu
PlacesRussia Azerbaijan
wasMusician
Work fieldMusic
Gender
Male
Genres:Contemporary folk music
Instruments:Garmon
Birth1893, Baku, Russian Empire
Death17 February 1942Baku, Russian Empire (aged 49 years)
The details

Biography

Əhəd Fərzəli oğlu Əliyev (Kor Əhəd) (1893, Bakı17 fevral 1942(1942-02-17), Bakı) — Azərbaycan qarmonçusu.

Həyatı

1893-cü ildə Azərbaycanda dünyaya gəlib. İki yaşına çatanda onun gözləri zəifləməyə başlayır. Üç yaşı olanda isə gözləri tamamilə tutulur və o dünya işığından məhrum olur. Valideynləri ona 12 dilli qarmon alırlar və bu qarmon onun üçün bir təsəlli olur. O, qarmonu ifa edəndə hələ qara dillər kəşf olunmamışdı. Kor Əhəd iyirmi yaşına çatana kimi ağ dillərdə ifa edirdi. Hətta Cabbar Qaryağdı belə onun vurğunu olmuşdu“.

Zakir Mirzəyev qeyd edir ki, Azərbaycanda qarmon musiqi aləti sırf Kor Əhədin adı ilə bağlıdır: “O, həm qarmonda, həm sazda, həm də piano da çox mükəmməl ifa edirdi. Onun ilk tələbələrindən Teyyub Dəmirovun adını çəkə bilərəm. O dəfdə ifa edirdi və Əhədin barmaqlarına baxa-baxa qarmonda da ifa etməyi öyrənib. Qadınlardan isə Brilliant Dadaşovanın anası Qızxanım onun tələbəsi olub. Sonra isə qarmonu təkmilləşdirilmiş və texniki üsullarla çox gözəl zənginləşdirmiş Məmmədağa Ağayev və Hacıbala Dadaşov ( Kor Hacıbala) gəldi. Həmçinin Kor Əhədin tələbələrindən Salyanlı Rzanın da adını qeyd edə bilərəm. Bunların hər biri qarmonun yaxın və uzaq Şərqdə geniş yayılmasında müstəsna rol oynayıblar. Sonra isə Adil Hüseynov öz qarmon fəaliyyəti ilə meydana gəldi. Teyyub Dəmirovun tələbəsi Abbas Abbasov, sonra Məmmədağa Ağayevin tələbəsi Musa Həsənov var idi“ .

The contents of this page are sourced from Wikipedia article on 26 Mar 2020. The contents are available under the CC BY-SA 4.0 license.