Kamal Mahmudov

The basics

Quick Facts

PlacesAzerbaijan
Birth1925, Qazakh District, Azerbaijan
Death1962Georgian Soviet Socialist Republic, Soviet Union (aged 37 years)
The details

Biography

Kamal Mahmudov (Kamal Aslan oğlu Mahmudov); d. 1925 ö. 1962 — Böyük Vətən Müharibəsi iştirakçısı, müharibə veteranı.

Həyatı

Kamal Mahmudov 1925-ci ildə Azərbaycan SSR, Qazax rayonunun Şıxlı kəndində anadan olmuşdur. 1932-ci ildə Şıxlı kəndindəki orta məktəbin birinci sinfinə daxil olub, 1942-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib.

Müharibədə iştirakı

Kamal orta məktəbi qurtardığı zaman 1941-1945-ci il İkinci dünya müharibəsi başlamışdır. Bütün Azərbaycan gəncləri kimi Kamal da vətənin müdafiəsinə qalxmaya bilməzdi, yaşını bir il artıraraq vətəni müdafiə etmək üçün könüllü olaraq cəbhəyə yollanır. 1944-cü il 23 iyulda sağ ayağını itirdiyinə görə əlil kimi ordudan təxris olunur.

Kamal Mahmudov 1942-ci ildə Taqanroq şəhəri ətrafında döyüşlərdə öz silahından 15 düşmən məhv etdi və bir-neçəsini yaraladı. Ondan əlavə hücum əməliyyatı zamanı Vinnetsa şəhəri uğrunda gedən döyüşlərdə əl pulemyotu ilə 30-a yaxın düşmən əsgərini məhv etdi. Döyüşlərdə, sağ ayağını itirib.

Müharibədən sonra

Sağ ayağını itirmiş gənc əlil olan, həyat eşqi ilə çırpınan Kamal həyatın nəbzini tutaraq 1956-1957-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitunun mühasibat uçotu fakültəsini bitirib.

Qazax rayonu İkinci Şıxlı kəndində kolxozda hesabdar – baş mühasib vəzifəsində çalışmışdır. 1946-cı ildə ailə qurmuş, bu ailəlikdən onun 5 övladı dünyaya gəlmişdir, 14 nəvə, 24 nəticəsi vardır.

Vəfatı

1962-ci il 31 avqust tarixində müharibə vaxtı aldığı ağır mədə xəstəliyindən Gürcüstan Respublikasının Rustavi şəhərində əməliyyat zamanı vəfat etmişdir. O, Şıxlı kənd qəbristanlığında torpağa tapşırılıb.

The contents of this page are sourced from Wikipedia article on 13 Feb 2020. The contents are available under the CC BY-SA 4.0 license.