Biography
Lists
Also Viewed
Quick Facts
Intro | Azerbaijani singer | ||
Places | Russia Azerbaijan Ukraine | ||
was | Singer | ||
Work field | Music | ||
Gender |
| ||
Birth | 17 August 1951, Baku, Russian Empire | ||
Death | 26 September 2019Kiev, Ukraine (aged 68 years) | ||
Star sign | Leo | ||
Family |
|
Biography
Cəfər Ağaəli oğlu Behbudov (17 avqust 1951(1951-08-17), Bakı – 26 sentyabr 2019(2019-09-26), Kiyev) — Azərbaycan müğənnisi.
Həyatı
Cəfər Behbudov teatr rejissoru Ağaəli Məstanov və Rəşid Behbudovun bacısı Nəcibə Behbudovanın ailəsində anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb. O, 1970-ci illərin sonlarında Tofiq Babayevin rəhbərlik etdiyi "Hicaz" qrupunun, ardınca Azərbaycan Dövlət Mahnı Teatrının solisti, daha sonra isə Brilliant Dadaşova, Mübariz Tağıyev, Firəngiz Rəhimbəyova ilə birlikdə Azərbaycan Televiziyasının ştatlı solisti olmuşdur. Konsertlərdə isə Flora Kərimova ilə bir yerdə çıxış etmiş, onunla "Sevgi mahnısı" adlı kompozisiyanı ifa etmiş, klip çəkdirmişdir.
Cəfər Behbudov Tofiq Quliyevin "Zibeydə" mahnısı ilə 1980-ci illərdə məşhurlaşmışdı. "Bəyin oğurlanması" filmində onun mahnısı səsləndirilmişdir. Onun ifasında "Bağçadan gələn səs", "Sevdim", "Neyləyim" və başqa mahnılar da həmin dövrlərdə populyarlıq qazanmışdı.
Cəfər Behbudov 1991-ci ildə Ukraynanın Kiyev şəhərinə köçmüş, ömrünün sonunadək burada yaşamışdır. O, 26 sentyabr 2019-cu ildə burada vəfat edib.
Filmoqrafiya
- Bəyin oğurlanması (film, 1985) ("Ümidlərə toxunma" mahnısının ifaçısı kimi)