Intiqam Qasimzada

Azerbaijani translator
The basics

Quick Facts

IntroAzerbaijani translator
PlacesAzerbaijan
isTranslator
Gender
Male
Birth12 August 1943, Shusha, Azerbaijan
Age81 years
Star signLeo
The details

Biography

Qasımov İntiqam Böyükağa oğlu — tənqidçi, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (2003).

Həyatı

İntiqam Qazımzadə 1943-cü il avqustun 12-də Şuşa şəhərində anadan olmuşdur. Bakıdakı 7 saylı şəhər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1960-1965). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin aspirantı olmuşdur. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ssenari-redaksiya heyətinin üzvü (1969-1974), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, tənqid şöbəsinin müdiri (1976-1979), məsul katib, baş redaktorun müavini (1979-1997) vəzifələrində çalışmışdır. Hazırda həmin jurnalın baş redaktoru vəzifəsində işləyir (1997-ci ildən). Ədəbi yaradıcılığa erkən başlasa da, 1968-ci ildən dövri mətbuatda ədəbi-tənqidi məqalələri müntəzəm çap olunur. Bədii tərcümə ilə ardıcıl məşğul olur. Kamil Yaşenin pyeslərini, Vasil Bıkovun povestlərini, Şandor Radonun "Təxəllüs "Dora"" romanını rus dilindən doğma dilə çevirmişdir. "Bayatı" ədəbi televiziya almanaxının müəllifidir (1980-ci ildən). Onun ssenarisi əsasında bir neçə animasiya və sənədli film çəkilmişdir.

Mükafatları

Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir (1984).

  • "Əməkdar incəsənət xadimi" — 27.01.2003

2013-cü ilin mayında Azərbaycan ədəbiyyatındakı xidmətlərinə görə "Humay" milli mükafatına layiq görülmüşdür.

Tərcümələri

(ruscadan)

  • 1.Kamil Yaşen. Darmadağın; General Rəhimov; Namus və məhəbbət. Bakı: Azərnəşr, 1979, 180 səh. (şərikli).
  • 2.Şandor Rado. Dora. Bakı: Azərnəşr, 1981, 360 səh.
  • 3.Vasil Bıkov. Kruqlyan körpüsü (povestlər). Bakı: Yazıçı, 1988, 328 səh.

Filmoqrafiya

  1. Axırıncı aşırım (film, 1971)(tammetrajlı bədii film)-redaktor
  2. Bəstəkar Cahangir Cahangirov (film, 2013)
  3. Bir anın həqiqəti (film, 2003)
  4. Daşkəsən (film, 1973)
  5. Dərvişin qeydləri (film, 2013)
  6. Ən vacib müsahibə (film, 1971)
  7. Fitnə (film, 1970)
  8. Həyat bizi sınayır (film, 1972)
  9. Xəzinə (film, 1970)
  10. Könül mahnıları. Bəstəkar Tofiq Quliyev (film, 2016)
  11. Qatır Məmməd (film, 1974)
  12. Qozbeli qəbir düzəldərmi? (film, 1972)
  13. Nəsimi (film, 1973)
  14. Ömrün səhifələri (film, 1974)
  15. Pıspısa xanım və Siçan bəy (film, 1974)
  16. "Rast". Niyazi (film, 2014)-(Ssenari müəllifi)
  17. Skripkanın sərgüzəşti (film, 1972)
  18. Şərikli çörək (film, 1969)
  19. Təxəllüsü "Mixaylo" (film, 2008)
  20. Var olun, qızlar... (film, 1972)
  21. Yeddi oğul istərəm... (film, 1970)
The contents of this page are sourced from Wikipedia article on 25 Mar 2020. The contents are available under the CC BY-SA 4.0 license.