Haji Shahin

Azerbaijani theologian, cleric, Representative of the Caucasian Muslims Office in Nasimi district.
The basics

Quick Facts

IntroAzerbaijani theologian, cleric, Representative of the Caucasian Muslims Office in Nasimi district.
PlacesAzerbaijan
wasReligious scholar Theologian Cleric Christian minister
Work fieldReligion
Gender
Male
Birth7 July 1974, Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire
Death2 March 2023Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire (aged 48 years)
Star signCancer
Education
Azerbaijan Technical UniversityBaku, Baku Uyezd, Azerbaijan
исторический факультет Бакинского государственного университетаAzerbaijan
Employers
Azerbaijan
The details

Biography

Hacı Şahin (tam adı: Şahin Hüseyn oğlu Həsənli; 7 iyul 1974, Bakı2 mart 2023, Bakı) — azərbaycanlı ilahiyyatçı, xeyriyyəçi, din xadimi, ictimai xadim; Məşədi Dadaş məscidinin sabiq axundu, imam-camaatı, imam-cüməsi; "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri (2007–2023); Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi (2014–2023); QMİ-nin Qazilər şurasının sabiq üzvü.

Erkən həyatı

Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib.

1981-ci ildə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəbin (indiki 189–190 №-li məktəb) rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib.

1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib.

2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb.

İctimai fəaliyyəti

1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.

2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidində imam-camaat idi.

Bu və öncəki illərdə müstəqil şəkildə dini mütaliə ilə məşğul olub, dini mövzularda dərs tədris edib. Xüsusilə Əqaid, fəlsəfə, əxlaq, təfsir dərslərini tədris edib. 2007-ci ildə "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edib.

2013-cü ildə "Məşədi Dadaş" məscidinə axund, 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub.

2016–17-ci illərdə Darul Hikmət Elm və Tədris Mərkəzində "Əxlaq Fəlsəfəsi" və "İslam tarixi (təhlil)" dərslərini tədris edib.

Heç bir siyasi partiyaya üzv deyildi.

Azərbaycan, ərəb, fars və rus dillərini bilirdi.

Uzun illərdir ki, Həcc karvanına rəhbərlik edir və Həcc zəvvarlarına xidmət göstərirdi.

"Haradan başlamalı", "Yaradılışın hədəfi" və "Xoşbəxt ailə modeli" adlı kitabların müəllifidir.

Şəxsi həyatı

Ailəli idi. 4 övladı, iki qızı və iki oğlu var.

Vəfatı

2023-cü il martın 2-də Bakıda ürək çatışmazlığından vəfat etmişdir. Yasamal qəbiristanlığında dəfn olunmuşdur.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı; Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc 4 aprel 2023-cü ildə Milli Məclisin iclasında Hacı Şahinin ölümünü müəmmalı adlandırıb.

Kitabları

  • Haradan başlamalı. Bakı. İrşad nəşriyyatı, 2020.
  • Yaradılışın hədəfi. Bakı. İrşad nəşriyyatı, 2021.
  • Xoşbəxt ailə modeli. Bakı. İrşad nəşriyyatı, 2022.

Məqalələri

Xatirəsi

2023-cü ildə azərbaycanlı yazıçı və psixoloq İlqar Kamil Hacı Şahin haqda "Kostyumlu övliya" adlı kitab yazıb.

2024-cü ildə doğulub böyüdüyü binaya onun barelyefi vurulub.

Mənbə

The contents of this page are sourced from Wikipedia article on 16 Apr 2024. The contents are available under the CC BY-SA 4.0 license.