Qurgen Mixayloviç Arutyunyan (9 (22) iyun 1905, Yelizavetpol – 2 yanvar 1973, Stepanakert) — erməni sovet aktyoru, Azərbaycan SSR xalq artisti (1957).
Həyatı
Qurgen Arutyunyan 22 iyun 1905-ci ildə hazırkı Gəncə şəhərində anadan olub. Səhnə fəaliyyətinə 1929-cu ildə Bakı Erməni Teatrında başlamışdır. 1949-cu ildən Stepanakert Dövlət Teatrındakı tamaşalarda aktyor kimi çıxış etmişdir. Əsasən komik və xarakter rollarını ifa etmişdir.
Qurgen Arutyunyan 1941-ci ildən Sov. İKP üzvü olmuşdur. O, 2 yanvar 1973-cü ildə hazırkı Xankəndidə vəfat etmişdir.
Mükafatları
- Azərbaycan SSR əməkdar artisti fəxri adı — 17 iyun 1943
- Azərbaycan SSR xalq artisti fəxri adı — 16 may 1957
- "Şərəf nişanı" ordeni
İfa etdiyi əsas rollar
Rol | Tamaşa | Müəllif |
---|
Martiros | Namus | Aleksandr Şirvanzadə |
Daniyel | Nakam qız | Aleksandr Şirvanzadə |
Nazar | Qoçaq Nazar | Derenik Dəmirçyan |
Şeyx Alı | Vaqif | Səməd Vurğun |
Heydərqulu | Həyat | Mirzə İbrahimov |
Kurdryaş | Tufan | Aleksandr Ostrovski |
Luka | Həyatın Dibində | Maksim Qorki |
fon Kalb | Məkr və məhəbbət | Fridrix Şiller |
Ədəbiyyat
- : [] / : . 1. А — «». : . 1961. 1214 . 43 000 .
- Азәрбајҹан Совет Енсиклопедијасы: []. I : А—. : . : Ҹ. Б. Гулијев. 1976. 647 с.