Gulnur Mahmud

Azerbaijani orientalist
The basics

Quick Facts

IntroAzerbaijani orientalist
PlacesRussia Azerbaijan
isOrientalist
Work fieldSocial science
Gender
Female
Birth28 October 1974, Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire
Age50 years
Star signScorpio
Family
Father:Yaqub Mahmudov
Education
Faculté d'études orientales de l'Université d'État de BakouAzerbaijan
Azerbaijan University of LanguagesBaku, Baku Uyezd, Azerbaijan
Employers
Azerbaijan UniversityBaku, Baku Uyezd, Azerbaijan
Baku State UniversityBaku, Baku Uyezd, Azerbaijan
Awards
Baku State University 100th anniversary medal 
The details

Biography

Gülnur Mahmud (doğum adı: Gülnur Yaqub qızı Mahmudova; 28 oktyabr 1974, Bakı) — şərqşünas alim, filologiya üzrə fəlsəfə doktoru, dosent.

Həyatı

Atası ilə Misirdə (2019)

Gülnur Mahmud 1974-cü il oktyabrın 28-də Bakıda anadan olub. 1991-ci ildə Bakıdakı 175 nömrəli tam orta məktəbi bitirib. 1991–1996-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində Mirzə Kazımbəy adına təqaüdlə oxuyub. G. Mahmud daha sonra 1997–2001-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis-fransız dilləri fakültəsində ikinci ali təhsil alıb. 1998–2000-ci illərdə Azərbaycan Universitetində müəllim, baş müəllim və 2000–2008-ci illərdə isə BDU-da müəllim işləyib. 2008-ci ildən BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının dosentidir.

O, 2005-ci ildə "Ərəb ədəbi dilində sinonimlik" adlı dissertasiya işi müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Qahirə Universiteti (Misir), Əmman Universiteti (İordaniya), Dəməşq Universiteti (Suriya), Beyrut Ərəb Universiteti (Livan) və Tunis əl-Manar Universitetində (Tunis) elmi məzuniyyətdə olub.

G. Mahmud 50 elmi məqalə, 25 tezis, bir metodik vəsait, 8 fənn proqramı və "Ərəb ədəbi dilində sinonimlik" kitabının müəllifidir. "Qarabağ: real tarix, faktlar, sənədlər", "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi", "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan Sarayı", "İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri", "İrəvan xanlığı: İrəvan qalası — qəhrəmanlıq qalası" və "Çuxursəd hakimləri və İrəvan xanları" kitablarını isə ərəb dilinə tərcümə edib.

2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Evlidir, 3 övladı var.

Kitabları

  • Ərəb ədəbi dilinin qeyri-ərəb şöbələrində tədrisi (metodik vəsait). Bakı, 2010.
  • Ərəb ədəbi dilində sinonimlik. Bakı, 2011.
  • Mətnşünaslıq fənninin tədrisinə dair proqram. Bakı, 2014.
  • Программа по дисциплине "Текстология". Баку, 2014.
  • Tərcümə nəzəriyyəsi fənninin tədrisinə dair proqram. Bakı, 2014.
  • Программа по дисциплине "Теория перевода". Баку, 2014.
  • Ölkəşünaslıq fənninin tədrisinə dair proqram. Bakı, 2016.
  • Программа по дисциплине "Страноведение". Баку, 2016.
  • Mənbəşünaslıq fənninin tədrisinə dair proqram. Bakı, 2016.
  • Программа по дисциплине "Источниковедение". Баку, 2016.

Tərcümə etdiyi əsərlər

  • Yaqub Mahmudov, Kərim Şükürov. Qarabağ: real tarix, faktlar, sənədlər. Bakı, 2006. (ərəb dilində)
  • İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi (kollektiv monoqrafiya). Bakı-Qahirə, 2016. (ərəb dilində)
  • Nazim Mustafa. İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan Sarayı. Bakı, 2018. (ərəb dilində)
  • Nazim Mustafa. İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri. Bakı, 2018. (ərəb dilində)
  • Güntəkin Nəcəfli. İrəvan xanlığı: İrəvan qalası — qəhrəmanlıq qalası. Bakı, 2018. (ərəb dilində)
  • Güntəkin Nəcəfli. Çuxursəd hakimləri və İrəvan xanları. Bakı, 2018. (ərəb dilində)

Xarici keçidlər

Həmçinin bax

  • Yaqub Mahmudov (atası)
  • Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi
  • "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı

İstinadlar

The contents of this page are sourced from Wikipedia article on 11 Jul 2024. The contents are available under the CC BY-SA 4.0 license.