Guler Nabiyeva

Actor
The basics

Quick Facts

IntroActor
PlacesAzerbaijan
isActor
Work fieldFilm, TV, Stage & Radio
Gender
Female
Birth15 July 1970, Yevlakh, Yevlakh District, Azerbaijan
Age54 years
Star signCancer
Education
Azerbaijan State University of Culture and ArtsAzerbaijan
Awards
Honored Artist of the Republic of Azerbaijan 
The details

Biography

Gülər Nəbiyeva (tam adı: Gülər Nəbi qızı Nəbiyeva; d. 15 iyul 1970) — Azərbaycanın tanınmış teatr və kino aktrisası, Azərbaycan Respublikası Əməkdar artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası, Prezident mükafatçısı.

Həyatı

1970-ci ildə Azərbaycan Respublikası Yevlax rayonu Yuxarı Bucaq kəndində anadan olub. Ailədə 5 uşaq olublar. Aktrisa atasının icazəsilə aktrisa peşəsinə yiyələnib. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib.

Fəaliyyəti

1992-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. Bir çox Beynəlxalq teatr və kino festivallarında iştirak etmişdir. Gülər Nəbiyeva teatrda çalışdığı illər ərzində 30-dən çox rol ifa etmiş, bədii və telefilmlərdə, televiziya tamaşalarında iştirak etmişdir. Teatr və kino sahəsindən əlavə aktrisa Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Estetika kafedrasının müəllimi çalışır.

Ad və mükafatlar

  • “Dədə Qorqud” festivalının laureatı (2000)
  • “Əməkdar artist” fəxri adı (2002)
  • Prezident Mükafatları (9 may 2012; 30 aprel 2014; 6 may 2015; 6 may 20161 may 2017)

Teatr səhnəsindəki rolları

Bakı Kamera Teatrı

  1. Barbara – ("Karyera", Ceyms Li)
  2. Anna Debi – ("Dördüncü kin"Q.Qorin)
  3. Vicdan – ("Sirli meşənin nağılı", Lev Ustinov)
  4. İzzət – («Məkkəyə yol», C. Məmmədquluzadə)
  5. Xanpəri; Gülçöhrə – («Müsyö Jordan və Dərviş Məstəli şah», M. F. Axundzadə)
  6. Nisə(1-ci qurluş)Şölə (ikinci qurluş)– («Lənkəran Xanının vəziri», M. F. Axundzadə)
  7. Pərizad – («Hekayəti-xırsi-quldurbasan», M. F. Axundzadə)
  8. Kleya – («Ezop», Q. Fiqeyredo)
  9. Pərilər kraliçası («Yatmış gözəl» B.Marvin)
  10. Gözəlçə – («Sən məni atmazsan ki…», C. Steynbek)
  11. Emilya – («Otello», V. Şekspir)
  12. Şarlotta («Albalı bağı» A.P.Çexov)
  13. Panasonik – («Axırıncı qatar», İ. Fəhmi, O. Kazımi)
  14. Regina – («Kabuslar», H. İbsen)
  15. Tea – («Qedda Qabler», H. İbsen)
  16. Ledi Milford – («Məkr və məhəbbət», F. Şiller)
  17. Laura – («Daş qonaq», A. S. Puşkin)
  18. Susanna; Böyükxanım – («Aydın», C.Cabbarlı)
  19. Qara paltarlı qadın - («Ağ gecələr», F.Dostoevski)
  20. Meni(«Mavi yuxular», Ş.Aleyxem)
  21. Nerina, Geosenta,Zerbinetta («Skapenin kələkləri», J.B.Molyer)
  22. Lyalya («Şirə bənzər», R.İbrahimbəyov)
  23. Qorxacaq qadın («Ruh», K.Abdulla)
  24. Zəhra («Şeyx Sənan», H.Cavid)
  25. Məstan («İfritin kələyi», Y.Şvarts)
  26. Dovşan,Tülkü («Ulu qurbağa balası», Y.Şvarts)
  27. Amaliya («Don Rafaello Tranbomçu», P.Filippo)

Dövlət Gənc Tamaşaçılar Teatrı

  1. Zəhra – («Şeyx Sənan», H. Cavid)
  2. Məstan («İfritin kələyi» Y.Şvarts)
  3. Şarlotta – («Albalı bağı» A.P.Çexov)
  4. Emilya – («Otello», V. Şekspir)
  5. Kleya – («Ezop», Q. Fiqeyredo)
  6. II gəlin, Züleyxa («Əcəl atı» V.Əlixanlı)
  7. Gülər («Mən səni sevirəm –M.S.S» Ə.Əmirli)
  8. Amaliya – («Don Rafaello Tranbomçu» P.Filippo)
  9. Zahidə xatun – («Əlincə qalası» Dilsuz)
  10. Püstə – («Qaraca qız» S.S.Axundov, A.Şaiq)
  11. Knyaginya, Amaliya – («İtalyansayağı xoşbəxtlik» D.Fo, P.Filippo)
  12. Dayə – («Danışan gəlincik» A.Şaiq)
  13. Şölə – («Lənkəran Xanının vəziri», M. F. Axundzadə)
  14. Ledi Anna -(«III Riçart »,U.Şekspir)
  15. Püstə -(«Arzu və Murad»,S.Elsevər)
  16. Deyanira-aktrisa -(«Mehmanxana sahibəsi»,K.Qoldoni)
  17. Müəllim - (“Uzuncorab Pippi”, A.Lindqren)
  18. Tamam -(«Ünvansız qatar», Ə.Əmirli)
  19. Lina Roze,Monika – («Dəlixanada qətl» F.Düremant)
  20. Tamilla – («Balaca yaramaz məxluq», İ.İman)
  21. 30418 İzzət Vəzirova – («KOD adı "VXA"», Mehriban Ələkbərzadə)

Bədii film

  1. Girov (film, 2005)(tammetrajlı bədii film)(rol: Sona)
  2. 40-cı qapı (film, 2008)(tammetrajlı bədii film) (rol: Leyla)
  3. Ölüm növbəsi (film, 2009)(tammetrajlı bədii film) (rol: Mehparə)
  4. . Şərab
  5. . Bədii televiziya filmi Elçin - Televizor. Sabah yaradıcılıq studiyası
  6. . Abdulla Şaiq - Danışan xatirələr. Sabah yaradıcılıq studiyası
  7. . Keçmişdən reportaj - Cəlil Məmmədquluzadə. Sabah yaradıcılıq studiyası

Tele tamaşalar

  • Bütün Azərbaycan əsgər olmalı
  • Muğam (film, 1995)(tammetrajlı televiziya film-tamaşası)(rol: qiraətçi)
  • Qanlı Yanvar
  • Hekayə axşamları
  • Şam işığı verlişi
  • Mirvari boyunbağı (Mopassan)
  • Klassik irsimizdə
  • Yeni layihə - (Əslində biz)
  • Mədəniyyət Nazirliyi İkinci Qarabağ müharibəsi ilə bağlı 4.4 film tamaşa festivalı - "Zəfər yolu" video tamaşası (Şəhid anası)

Tele seriallar

  • . Muradına çatan Günəş
  • . Qanun naminə
  • . Qisas
  • . Həkimlər
  • . Polislər
  • . Durnalar qayıdanda
  • . Məryəm
  • . Ögey ana
  • . Könül yarası
  • . Lal yuxu
  • . Atılmışlar
  • . Simurq
  • . İfşa
  • . Simurq-2
  • . Son nəfəs

Qısa metrajlı filmlər

  • . İki
  • . Qadın problemlərinə həsr olunmuş 8 seriyalı film
  • . Müharibənin rəngi
  • . Hökm
  • . Əsirin qayıtması
  • . Mən səni sevirəm - Bakı (Qapı) (Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilib)
  • . Şirvan şikəstəsi - Musiqili bədii film
  • . Mələklərin qurtuluşu - İnsan alverinə qarşı mübarizə təşkilatının xətti ilə
  • . Şuşanın 270 anı - Layihə rəhbəri: Lalə Azərtaş (Film Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi , *"Cəmiyyətin və Medianın İnkişafı" ictimai birliyinin sifarişi ilə çəkilib)

Sənədli televiziya filmləri

  • Kərimlinin müşaviri (Akademik Əli Əmiraslanov haqqında)
  • Şərqdən doğan günəş(Məhəmməd Əmin Rəsulzadə haqqında)
  • Rəfibəylilər haqqında
  • Aşıq Ələsgər haqqında
  • Ə.Mahir haqqında
  • Nəğmə dolu bir ürək (E.İbrahimova haqqında)
  • İlham Əliyevin 60 illik yubileyi ilə bağlı Sənədli film: Füzuli aeroportunun açılış mərasimi - Şəhid anası obrazı

Sosial reklam çarxları

  • Seçkilərlə bağlı
  • Olimpiyada ilə bağlı-Hər şey anam üçün
  • Xarici pasportla bağlı sosial layihə
  • İşsizliklə bağlı
  • NAR mobile mobil şəbəkəsinin reklamı
  • Sahil ticarət mərkəzi
  • Koldreks(antiqrip)
  • COVID-19 qurbanlarına həsr edilən rəqs - etüd
  • Sosial Müdafiə Nazirliyinin sifarişi ilə sosial çarx - Narkomaniyaya yox deyirəm
  • Azərbaycan himni - 8 noyabr Zəfər günü ilə bağlı fləşmob
  • Şair Əhməd Cavad. (Milli dəyərlərin təbliği fondunun dəstəyi ilə)
The contents of this page are sourced from Wikipedia article on 06 Apr 2024. The contents are available under the CC BY-SA 4.0 license.