Garseddin Halil Bey

The basics

Quick Facts

isMonarch
Work fieldRoyals
Gender
Male
Death1386
Family
Father:Zeyneddin Karaca Bey
Children:Nasir al-Din Muhammad
The details

Biography

Xəlil bəy Qaraca bəy oğlu Zülqədər — bəylik hökmdarı, XIV yüzil.

Həyatı

Cəsur və qəhrəman bir insan olan Qarsəddin Xəlil bəy, bəyliyin başına keçdikdən sonra ilk işi qisas almaq oldu. O, atasını məmlüklərə təslim etmiş Ərətnaoğlu Məhəmməd bəydən intiqam almağa qalxaraq onun ölkəsinə basqınlar etməyə, şəhər və kəndlərini yağma etməyə başladı. 1360-cı ildə diğər bir türkmən rəisi Ömər bəy Ərətnalılardan Malatyanı alarmışdı. Bundan ruhlanan Xəlil bəy də ölkəsini Zamantıya qədər genişləndirdi.

Bir tərəfdən də Malatyaya sahiblənən Ömər bəy eyni il içində ölüncə, Zülqədər bəyi bu şəhəri də ələ keçirmək istedi. Ancaq Malatya xalqı şəhəri məmlüklərə təslim etdi. Bu olay Xəlil bəy ilə məmlüklərın arasını açdı. Bundan sonra Ərətnalılara tabe olan Xarput üzərinə yürüş edən Xəlil bəy, ərətnalılardan da bir yardım gəlməyincə qalnı asanlıqla ələ keçirdi. Beləcə Xarputa yerləşən Xəlil bəy bu dəfə məmlüklərə tabe olan Hələb və Malatya qalalarını sıxışdırmağa başladı. 1361-ci ildə Hələb valisi böyük bir ordu ilə onun üzərinə yürüş etdi isə də, məğlubiyyətə uğrayaraq geri çəkildi. Xəlil bəyin məmlük ərazisinə basqınları davam etdirməsi üzərinə Misir sultani Məlik əl-Əşrəf Şaban, Hələb valisi Seyfəddini Xəlil bəyin üzərinə göndərdi. Zülqədərli türkmənlərini Xarput qalasında mühasirə edən Əmir Seyfəddin, bir nəticə almadan geri döndü (1367).

Xəlil bəy Məmlüklərə qarşı dururkən, bir yandan da onlarin düşmənliyini daha çox üzərinə çəkmək istəmirdi. Bu məqsədlə Misirə gedərək Sultan Məlik Əşrəf Şabandan bağışlanmasını istədi. Xarputu ona verəcəyinə söz verərək, ölkəsində hakimiyətini garantiya edən bir fərman aldı. Fəqət Xəlil bəy, ölkəsinə dönüncə məmlük sultanına verdiyi sözü yerinə yetirmədi. Bu durum üzərinə, məmlüklər, onu cəzalandırmaq üçün yeni bir səfər hazırlığına başladılar. Nəhayət, məmlük qüvvələri 1366-cı ilin sonlarında ikinci dəfə Xarput üzərinə yürüş etdilər. Xəlil bəy, çoxsaylı məmlük ordusuna qarşı çıxa bilməyəcəyini anlayaraq şəhəri təslim etmək zorunda qaldı. Hələbə qədər götürülən Xəlil bəy sultanin əmri ilə sərbəst buraxıldı.

Xəlil bəy on il aradan sonra Xarput və çevrəsini yenidən ələ keçirdi. Xarput, Maraş, Behinsi və Amik qalalarina sahib olan Xəlil bəy bu bölgələrdə məmlüklər əleyhine fəaliyətlərinə davam edirdi. Onun bu hərəkəti, 1377-ci ildə Məlik Mənsur Əlinin taxta çıxışından sonra Misirdə gerçək iktidarı əlində tutan Əmirül-əsakir Bərkuku çox qızdırdı. Güclü sərkərdə, sultanlıqdan çıxardığı bir qərarnamə ilə Xəlil bəyi hakimlikdən çıxararaq yerinə məmlük sərkərdəsi Mübarəkşah Talini Əlbistana yerləşdirmək istedi. Bu durum zülqədərlilər ilə məmlüklərın arasının yenidən açılmasına səbəb oldu. Mübarəkşah 1378-ci ildə Hələb ordusu ilə Zülqədər bəyini Əlbistandan atmaq üzrə hərəkət etdi. Xəlil bəy, Zülqədərli torpaqlarına girən Mübarəkşah qarşisinda başlangıcda mağlub duruma düşdü isə də, sonra ani bir hücuma keçərək məmlüklərı məğlubiyyətə uğratdı və Mübarəkşahı da yaxalayaraq öldürdü (sentyabr 1378).

Məmlük dövləti bu xəbər üzərinə Əlbistanı, Malatya valisi Yel Buğaya verərek onu Xəlil bəy ilə mücadilə etmek üçün iş başina gətirdi. Ancaq məmlük qüvvələri bu səfər də yenildilər. Ramazanoğullarının da yardımını alan zülqədərlilər Ayaş (Yumurtalıq) mövqeyində baş verən çarpışmada məmlük qüvvələrinin bir çoxunu yerlə yeksan etdi (Fevral 1379).

Bir tərəfdən Ərətnalı Məhəmmədin ölümündən sonra çıxan qarışıqlıkdan istifadə edən Xəlil bəy bu ölkənin torpaqlarına göz dikməyə başladı. O, Ərətnalı valilərin üsyanını və Ərətnalılara qarşı mücadilə edən hər kəsi dəstəkləməyə başladı. Bu sırada Əratnalılar Ərzincanı ələ keçirmək istəyirdilər. Xəlil bəy oğlu İbrahim bəyi Mütahhərtənin yardımına göndərdi. Ərzincan əmiri Mütahhərtən, zülqədərlilərin yardımı sayəsində əratnalılara qalib gəldi.

Məmlüklər son mağlubiyetdən sonra Zülqədərli məsələsini qəti olaraq həll etmək üçün böyük hazırlıqlara başladılar. Bu məqsədlə Suriyadakı bütün valilərdən, qüvvələrini toplayaraq zülqədərlilər üzərinə yürümələri istənildi. Bu əmr üzərinə Şam valisi İşıq Teymur, Hələb valisi İnal Yusuf, Trablus valisi Gümüş Buğa və Hama valisi Taş Teymur qüvvələri ilə gələrək Hələbdə birləşdilər. Müxtəlif Ərəb qəbilələri də onlara qatildi. Bu çoxsaylı məmlük ordusu 3 iyul 1381-ci il tarixində Maraşa çatdı. Xəlil bəyin qardaşı Sülı bəy əmrindəki zülqədərli qüvvələri ilə məmlüklər arasında meydana gələn çarpışmanı bu dəfə məmlüklər qazandı. Savaşın sonucunda Maraş şəhəri məmlüklərin əlinə keçdi (6 iyul 1381). Süli bəy öncə Əlbistana çəkilsə də, məmlüklərin onu təqib etmesinə görə Xəlil bəyin təhkim etdiyi Xarputa getmek zorunda qaldı. Məmlüklər Əlbistanı da alaraq Malatya üzərinə yürüş etdilər, ancaq Fərat çayıni geçmek mümkün olmayınca Hələbə geri döndüler. Beləcə zülqədərlilər, hakimiyətlərini sürdürdükləri baslıca iki böyük şəhər olan Maraş və Əlbistanı əldən verdilər. Əllərində yalnız Xarput qaldı.

Xəlil bəy bu zor durumdan qurtulmak üçün məmlük əmirlərinə xəbərlər göndərərək onlara itaət edəceyini bildirdi. Beləcə məmlük ordusu bölgəni tərk etdi. Ancaq Xəlil bəy, məmlüklərin bölgədən çəkilməsindən sonra etdiyi andlaşmadan vaz keçərək təkrar məmlük ərazisi üzərinə basqınlar etməyə başladı. Hələb valisi Yel Buğa Xəlil bəyin bu davranışı üzündən yenidən zülqədərli torpaqlarına girmək məcburiyyətində qaldı (1392) Xəlil bəy, Yel Buğanın qarşisinda dura bilməyərək sarp, keçilməz dağlara çəkildi. Onun qaçdığını görən Yel Buğa, Maraş üzərindən Həlebə döndü.

Hələb valisi Yel Buğa ilə Zülqədərli Xəlil bəyin mücadilə etdiyi bu sırada Misirdə qarışıqlıqlar çıxmış və sultan lələsi olan Bərkuk özünü şah elan etmişdi. Ancaq onun sultanlığını qəbul etməyən bəzı türk əmirləri və məmlüklərin Əlbistan naibi tayin edilən Əlaəddin Altın Buğa üsyan etdilər. Altın Buğa zülqədərlilərlə anlaşaraq Darəndəni mühasirə etdisə də, nəticəsi faydasız oldu. Bu sırada Hələb valisi Yel Buğanın müttəfiq qüvvələr üzərinə gəlməsi ilə Altın Buğa, Qazı Bürhanəddin Əhmədin yanına gedərək ona sığındı.

Bu sırada Qazı Bürhanəddin Əhməd Ərətna xanədanlığına son verərək Orta Anadolunun ən güclü dövlətini qurdu. Xəlil bəy məmlüklərlə olan düşmənliyindən dolayı bu güclü dövlət adamı ilə dostluq münasibəti kurmağa başladı. O, Qazı Bürhanəddinə üsyan edən valiləri bastırmaq üçün qardaşı Osman bəyi bir dəstə ilə Qazının yanına göndərdi. Beləcə Qazı Bürhanəddin Əhməd ilə zülqədərlilər arasında uzun bir müddət davam edəcək olan dostluq başlandı.

Zülqədəroğlu Xəlil bəy 1384-cü ilin başlarında məmlüklər üzərinə təkrar basqınlara başlayaraq Əlbistan və Maraşı geri aldı. Hələb valisi Yel Buğa Əlbistan və Maraşın zülqədərlilər əlinə keçdiyini xəbər alır-almaz dərhal Maraşa gedərək buradaki zülqədərliləri məğlubiyyətə uğratdı. Buna görə Xəlil bəy şimala doğru çəkilərək Qazı Bürhanəddinin dəstəyi ilə məmlük hakimiyətində olan Darəndə və Divriği bölgələrini yağmalamağa başladı. Maraşda olan Yel Buğa bu xəbəri eşidərək Əlbistana yollanıb, müttəfiq qüvvələri öncə Darəndə yaxınında, sonra da Sivas yaxınlarında olmaq üzrə iki dəfə məğlubiyyətə uğratdı.

Məmlüklər qarşısındaki davamlı məğlubiyyətlər Xəlil bəy ilə qardaşı Süli bəyin arasının açılmasına səbəb oldu. Bir müddət sonra Süli bəy həyatına toxunulmayacagina dair söz aldıqdan sonra Hələb valisi Yel Buğanın yanına gedərək ona itaətini ərz etdi. Ancaq Sultan Bərkuk onun dərhal tutulub Qahirəyə göndərilməsini istədi. Yel Buğa isə verdiyi sözü tutaraq Süli bəyi sultana göndərmədi və qaçmasına göz yumdu. Buna görə Hələb valisi Misirə çağırılaraq həbs edildi. Xəlil bəyin diğer qardaşları İbrahim bəy, Osman bəy və Isa bəy də böyük qardaşları Xəlil bəy ilə "atı daşlığa sürərək" Sultan Bərkukun himayəsinə sığındılar.

Məmlük Sultani Bərkuk, sürəkli basqınlarından usandığı, yorulduğu Xəlil bəydən qurtulmaq üçün fəaliyətə keçmiş və Hələbdə olan türkmən boylarından Umuroğlu İbrahim bəyi bu iş üçün hazırladı. Bu əmr görə hərəkətə keçən İbrahim bəy bir hiylə ilə o sırada yaylaqda olan Xəlil bəyi öldürdü (1386-cı ilin aprelində).

Bəzi qaynaqlara görə Xəlil bəyi Şəhabəddin Əhməd bəy öldürüb.

Ailəsi

Xəlil bəyin Əli bəy, Məhəmməd bəy, Əbdürrəzzaq bəy adlı oğulları vardı.

Mənbə

  • Ənvər Çingizoğlu, Zülqədər eli, Bakı: Şərq-Qərb, 2011,-156 səh.
The contents of this page are sourced from Wikipedia article on 03 Jun 2020. The contents are available under the CC BY-SA 4.0 license.