Biography
Lists
Also Viewed
Quick Facts
Intro | Azerbaijani scientist | |||
Places | Azerbaijan | |||
is | Scientist | |||
Work field | Science | |||
Gender |
| |||
Birth | 30 May 1981, Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire | |||
Age | 43 years | |||
Star sign | Gemini | |||
Education |
|
Biography
Fərid Rəfiyev (30 may 1981, Bakı) — Azərbaycan alimi, bariatrik-metabolik həkim, 1 ixtiranın və elmdə hazırda istifadə olunan 3 səmərələşdirici təklifin müəllifidir. 256 kiloqram ilə Azərbaycanın ən nəhəng adamı hesab edilən qadının üzərində uğurlu mədəkiçiltmə əməliyyatı ilə Azərbaycanda ilkə və rekorda imza atmışdır.
Həyatı
Rəfiyev Fərid Səxavət oğlu 30 may 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra həmin ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2004-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Almaniyanın Berlin şəhərində "Miniinvaziv cərrahiyyə" və "Laparoskopik cərrahiyyə" kurslarını keçmişdir. "Laparoskopik fundoplikasiya ağırlaşmalarının profilaktikası" mövzusundakı elmi işinə görə 2013-cü ildə tibb elmləri üzrə fəlsəfə doktoru adına layiq görülüb. 2011-ci ildə Fransanın Klermont şəhərində "CİCE" kurslarını fərqlənmə ilə bitirərək proffessor Bruhat-ın diplomu ilə təltif edilib. 2014–2016-cı illərdə "İlin həkimi" fəxri mükafatna layiq görülüb. 2018-ci ildə The international Mini Gastric Bypass Surgeon of Excellence Bronze Certification mükafatı almışdır. 2021-ci ildə Strasburq şəhərində keçirilən Ircad Certificate of training in minimal access surgery kursunu uğurla bitirib.
Ailəlidir. 4 övladı var.
Fəaliyyəti
Əmək fəaliyyəti
2004–2006-cı illər ərzində 1-ci cərrahi xəstəliklər kafedrasında klinik-ordinator vəzifəsində fəaliyyət göstərib. 2006–2009-cu illər ərzində həmin kafedranın aspirantı olmuşdur. 2008-ci ildə Türkiyənin İstanbul şəhərində "İstanbul cərrahi hastanesi" klinikasında həkim-cərrah vəzifəsində, daha sonra Almaniyanın "Vivantes Humbolt klinikum" və "DrK klinikum Westend" klinikalarında çalışıb. 2007–2015-ci illərdə Uniklinika xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri, 2015-ci ildən etibarən isə Medera Hospitalda Cərrahiyyə Şöbəsinin müdiri vəzifəsini icra edir.
1500-dən artığı bariatrik və metabolik olmaqda toplam 4500-dən artıq əməliyyat etmişdir. Karyerasında daha çox 2019-cu ildə 256 kiloqram ilə Azərbaycanın ən nəhəng adamı hesab edilən qadının üzərində uğurlu mədəkiçiltmə əməliyyatı ilə Azərbaycanda ilkə və rekorda imza atması ilə məşhurdur.
Elmi fəaliyyəti
21 məqalə, 1 ixtira və elmdə hazırda istifadə olunan 3 səmərələşdirici təklifin müəllifidir. Beynəlxalq Piylənmə və Metabolik Xəstəliklərin Cərrahiyyəsi Federasiyasının və Oksford Universitetinin Beynəlxalq Bariatrik Klubunun həqiqi üzvüdür.