Farid Alimov

Azerbaijani military officer
The basics

Quick Facts

IntroAzerbaijani military officer
PlacesAzerbaijan
wasMilitary personnel
Work fieldMilitary
Gender
Male
Birth11 October 1993, Güləzi, Guba District, Azerbaijan
Death16 May 2021Gendara (Yardymli), Yardimli District, Azerbaijan (aged 27 years)
Star signLibra
The details

Biography

Fərid Elçin oğlu Alimov (11 oktyabr 1993, Güləzi, Quba rayonu16 may 2021, Gendərə, Yardımlı rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, şəhid.

Həyatı

Fərid Elçin oğlu Alimov 11 oktyabr 1993-cü ildə Quba rayonunun Güləzi kəndində anadan olub. 2000-2011-ci illərdə Güləzi kənd tam orta məktəbində təhsil almışdır. Ailəli idi. İlahə adlı qız övladı yadigar qaldı.

Hərbi xidməti

2011-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. 1 aprel 2013-cü ildə isə xidməti bitirib. Uşaqlıq illərindən arzusu hərbçi olmaq idi. 15 iyul 2015-ci ildən "Göytəpə" sərhəd dəstəsində işləməyə başlayıb.

Mayın 15-də saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkarlanıb. Sərhəd pozucuları sərhəd naryadının "Dayan" əmrinə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.

Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb. 16 may 2021-ci ildə şəhidin nəşi doğulduğu Güləzi kəndinə gətirilib və kənd qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, rayon sakinləri və hərbçilər iştirak edib.

Təltifləri

  • (17.08.2022) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
The contents of this page are sourced from Wikipedia article on 22 Oct 2023. The contents are available under the CC BY-SA 4.0 license.