Elmin Najafov

Azerbaijani private
The basics

Quick Facts

IntroAzerbaijani private
PlacesAzerbaijan
wasSoldier
Work fieldMilitary
Gender
Male
Birth30 January 1999, Həsənabad, Neftchala, Azerbaijan
Death9 October 2020Jabrayil District, Azerbaijan (aged 21 years)
Star signAquarius
Awards
Medal "For their homeland" 
"Brave Warrior" Medal 
For the Liberation of Jabrayil Medal 
The details

Biography

Elmin Saleh oğlu Nəcəfov (30 yanvar 1999, Həsənabad, Neftçala rayonu9 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

Elmin Nəcəfov 30 yanvar 1999-cu il tarixində Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuşdur. Atası Saleh dülgər, anası isə Səidə idi. Ailədə 3 qardaş olan Elmin onlardan ən kiçiyi idi. O, təhsilini 2005-ci ildə Şəmsəddin Orucov adına Həsənabad tam orta məktəbində almış, 2016-cı ildə həmin məktəbin məzunu olmuşdur.

Hərbi xidməti

Elmin Nəcəfov 31 yanvar 2017-ci il tarixində Neftçala RHK-dan xidmətə yollanmışdır. O, xidmətini əvvəlcə Gəncədə, daha sonra Qazaxda çəkmiş, baş atıcı vəzifəsində qumbaraatan olmuşdur. 1 iyul 2018-ci ildə xidmətini başa vuran Nəcəfov əsgərlikdən qayıtdıqdan sonra dülgərliklə məşğul olmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Nəcəfov 29 sentyabrda könüllü olaraq doyüşlərə qatılmış, xüsusilə Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak etmişdir. O, müharibə zamanı manqa komandiri vəzifəsində çalışmışdır. Elmin Nəcəfov 9 oktyabrda Cəbrayıl uğrunda gedən döyüşlərdə Ermənistan qüvvələri tərəfindən atılan artilleriya mərmisi nəticəsində həlak olmuşdur. O, 21 noyabrda anadan olduğu Neftçala rayonunun Həsənabad qəsəbəsində dəfn olunmuşdur.

Təltifləri

  • 2020 (15 dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
  • (18.12.2020) — "Cəsur döyüşçü" medalı
  • (24 dekabr 2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
The contents of this page are sourced from Wikipedia article on 19 Oct 2023. The contents are available under the CC BY-SA 4.0 license.