Darvis Xosrov Qazvini

The basics

Quick Facts

PlacesIran
isWriter Poet
Work fieldLiterature
BirthQazvin, Central District, Qazvin County, Iran
The details

Biography

Dərviş Xosrov Qəzvini - Qəzvin (Nöqtəvilik) nöqtəvilərinin rəhbəri

Şahin Fərzəliyev bu hadisənin tarixdə gerçək olduğunu bildirdi: «M.Fətəlinin təsvir etdiyi Yusif Sərrac, əslində Ustad Yusifi Tərkeşduzdur. Münşi yazır ki, o, dinsiz kimi məşhur olan Dərviş Xosrov Qəzvininin ən fəal müridlərindən biri olub və ulduzların toqquşmasından şah sarayına gələcək bəlanın qarşısını almaq üçün təmtəraqla 3 günlük şah elan olunub. Təhlükə sovuşduqdan sonra Şah Abbas təzədən taxta sahiblənib, həm Yusif, həm də ustadı—Dərviş Xosrov Qəzvini öldürülüb. Qətl zamanı Qəzvini deyib: «Gedirik ki, başqa vaxt gələk».

Təhmasibin səltənətinin sonlarına doğru Xosrov Qəzvini adında bir dərviş Qəzvin nöqtəvilərinin rəhbəri idi. Dərviş Xosrov İkinci İsmayıl və Sultan Məhəmməd Xudabəndə zamanında da fəaliyyətlərini sürdürdü. Birinci Şah Abbas şəxsən bu dərvişlə tanış oldu. Nöqtəvilərin görüşləri ilə tanış olduqdan sonra Şah Abbas onların qətlinə fərman verdi.

The contents of this page are sourced from Wikipedia article on 05 May 2024. The contents are available under the CC BY-SA 4.0 license.