Choban Mahammad

The basics

Quick Facts

PlacesArmenia
wasWriter Poet
Work fieldLiterature
Gender
Male
Birth1857, Azat, Gegharkunik Province, Armenia
Death1937Azat, Gegharkunik Province, Armenia (aged 80 years)
Family
Father:Shayr Almammad
Siblings:Ashig Alasgar
The details

Biography

Çoban Məhəmməd (1857, Ağkilsə, Yeni Bəyazid qəzası1937, Ağkilsə, Basarkeçər rayonu) — şair, ustad aşıq.

Həyatı

Aşıq Məhəmməd Alməmməd oğlu 1857-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulmuşdur.

Aşıq Ələsgərin qardaşıdır. Ömrünün çox hissəsini təsərrüfat işlərində, xüsusən də çobançılıqda keçirsə də, o, el arasında Şair Məhəmməd, bəzən də Çoban Məhəmməd kimi tanınıb.

Onun bədahətən şeir demək qabiliyyəti, yaxşı hafizəsi varmış.

Yaradıcılığı

Ailələrində babası da, atası da, qardaşları da şer yazdıqlarından bəzən onların sənət nümunələrini biri-birindən fərqləndirmək çətinlik törətsə də, Şair Məhəmmədin şeirlərində Göyçə yaylaqlarının abı-havası duyulur. Yaylaqlarda, eldəobada baş verən hadisələr onun gözündən yayınmamış, böyük sənətkarlıqla onları nəzmə çəkmişdir. Milli qırğın vaxtı dədə-baba yurdunu tərk edib Kəlbəcərə köçməli olan Məhəmməd zamanın ağır sınaqlarını "Fələk" rədifli şikayətnaməsində təfsilatı ilə təsvir edə bilmişdir. İngilis silahı ilə silahlanan erməni millətçilərinin qəddarcasına Göyçəyə divan tutması, mahalda törədilən qırğınlar, qaçanların dağlarda borana düşüb qırılması tarixi bir sənəd nümunəsidir:

İngilisdən gələn şalon,
Göyçəni qoydu viran.
Öləni öldü, qaçanı
Dağlarda düşdü borana.
Ac qaldı, uşaq ağlaşdı,
Hamı yön tutdu arana.
Çiynimizə xurcun verdin,
Döndərdin hammala, fələk.

Şair Məhəmməd "Məhəmməd və gürcü ğızı", "Məhəmmədin Qars səfəri", "Məhəmmədin Çələbiyan səfəri" və "Məhəmmədin Yalanbol vilayətinə səfəri" kimi bir neçə dastanı aşıqların dilində məclislərdə söylənilmişdir.

Şəcərəsi

  • Heydər
    • Əbdüləzim
      • Təhməz
        • Talıbxan
          • Allahverdi
            • Alməmməd kişi
              • Aşıq Məhəmməd
The contents of this page are sourced from Wikipedia article on 28 Mar 2024. The contents are available under the CC BY-SA 4.0 license.