Cafer Pasha

Ottoman statesman
The basics

Quick Facts

IntroOttoman statesman
isPolitician
Gender
Male
Death1609
Family
Spouse:Fatma Sultan
The details

Biography

Kürəkən Cəfər Paşa (ö. 1610) — III Murad, III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.

Həyatı

Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Kiçik yaşlarında Əndəruna alınaraq təhsil almış, ardından sarayda baş çuxadarlığa qədər yüksəlmişdir. 1586-cı ildə yeniçəri ağası, 1588-ci ildə isə Anadolu və 1590-cı ildə Rumeli bəylərbəyi təyin edilmişdir. 1594-cü ildə Sultan Murad tərəfindən divan vəzirliyinə yüksəlmişdir. 1598-ci ilin mayında Misir bəylərbəyliyinə gətirildi və 3 il burada fəaliyyət göstərdikdən sonra 1601-ci ilin iyulunda vəzifədən alınaraq divandakı vəzifəsinə davam etdi. Bu vəzifəsi davam edərkən Sultan Mehmed vəfat etmiş, yerinə 13 yaşlı oğlu Sultan Əhməd taxta çıxmışdır.

Məhz onun səltənətinin ilk ilində 1604-cü ilin dekabrında Sultan Muradın qızlarından Fatma Sultanla nigahlandı. Bu nigahdan övladı olmamışdır. Ardından Dunay mühafizəsi və sədarət naibliyi ilə vəzifələndirildi. Bu vəzifədə ikən 1610-cu ildə vəfat etdi. Cənazəsi Əyyubsultan məzarlığına dəfn edilmişdir.

Mənbə

  • Sicill-i Osmani II, səh. 48
  • Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, Oğlak Yayınları, 4. baskı, s. 217
The contents of this page are sourced from Wikipedia article on 08 Dec 2023. The contents are available under the CC BY-SA 4.0 license.