Bayram Musayev

The basics

Quick Facts

PlacesAzerbaijan
Gender
Male
Birth20 March 2001, Sabirabad District, Azerbaijan
Death8 October 2020Jabrayil District, Azerbaijan (aged 19 years)
Star signPisces
Awards
Medal "For their homeland" 
For the Liberation of Aghdam Medal 
The details

Biography

Musayev Bayram Mehman oğlu (20 mart 2001, Sabirabad rayonu8 oktyabr 2020, Cəbrayıl rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

Musayev Bayram Mehman oğlu 2001-ci il martın 20-də anadan olmuşdur.  Novruzda doğulduğu üçün adını Bayram qoymuşdular. Orta məktəbi Hilal Ənnağıyev adına Qasımbəyli kənd tam orta məktəbində oxuyub. O öz istəyi ilə sənədlərini Sabirabad rayonu Peşə Liseyinə verir. Liseyi müvəffəqiyyətlə qurtararaq, traktorçu ixtisasına yiyələnmişdir. Bayramın 7 yaşı olanda anası Qızbəst xanım rəhmətə gedir, Bayram anadan yetim qalır.

Döyüş yolu

Bayram Musayev 2019-cu ilin iyulunda Sabirabad Rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Bayram həqiqi hərbi xidmətini Ağdam rayonunun “N”saylı hərbi hissəsində keçmişdir. İkinci Qarabağ müharibəsi başlayanda da hərbi hissədən birbaşa cəbhəyə yollanan Bayram, Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə fəal iştirak edir və 8 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalır. O, Yuxarı Axtaçı kənd qəbristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bayram Musayev ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri

  • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
  • (24.06.2021) — "Ağdamın azad olunmasına görə" medalı (ölümündən sonra)
The contents of this page are sourced from Wikipedia article on 05 Dec 2023. The contents are available under the CC BY-SA 4.0 license.