Balahuseyn Hamzayev
20 yanvar şəhidi
Intro | 20 yanvar şəhidi | ||
Gender |
| ||
Birth | 11 August 1929, Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire | ||
Death | 24 March 1990Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire (aged 60 years) | ||
Star sign | Leo | ||
Awards |
|
Balahüseyn Həmzəyev (tam adı: Balahüseyn Mirqəzəb oğlu Həmzəyev; 11 avqust 1929, Bakı, Azərbaycan SSR, SSRİ – 24 mart 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.
1929-cu ilin 11 avqustunda Bakıda anadan olmuşdur. 2704 nömrəli avtobazada sürücü işləmişdir. Beş övladı yadigar qalmışdır.
Balahüseyn hələ yaralı ikən bunları demişdir:
— Yanvarın 19-da evə axşam gəldim. Yoldaşım dedi ki, gör uşaqlar haradadır. Mən küçəyə çıxıb onları Yeni Suraxanı dairəvi yolunda tapdım. Onları evə göndərdim. Mən də getmək istəyirdim ki, tanışlarım məni səslədi və dayanıb onlarla söhbət eləməyə başladım. Belə xeyli söhbət elədik. Birdən güllə səsləri eşidilməyə başladı. Bir də gözümüzü açdıq ki, camaat bir-bir yıxılır. Bu an güllə mənə də dəydi. Biz sürünə-sürünə ağaclığa girdik. Sonra məni Caparidze adına xəstəxanaya gətirdilər. Maşını yolda da atəşə tutdular, amma xətər toxunmadı. Xəstəxanada məlum oldu ki, mənə 3 güllə dəyib. |
Həyat yoldaşının sözlərinə görə, güllələrdən biri dizində ilişmiş, digəri isə daxili orqanlarını zədələmişdir. Martın 24-də aldığı xəsarətlərdən Caparidze adına xəstəxanada vəfat etmişdir.
Yeni Suraxanı qəbiristanlığında dəfn edilmişdir.
Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Oktyabr küçəsi, 20.