Bala bay Hasanbayov

Azerbaijani economist
The basics

Quick Facts

IntroAzerbaijani economist
PlacesAzerbaijan
wasEconomist
Work fieldFinance
Gender
Male
Birth1899, Ganja, Ganja Oblast, Azerbaijan Soviet Socialist Republic, Sallarid dynasty
Death1937Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire (aged 38 years)
Politics:Communist Party Of The Soviet Union
The details

Biography

Həsənbəyov Bala bəy Cabbar bəy oğlu (1899, Yelizavetpol1937, Bakı) — iqtisadçı, professor, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) rektoru.

Həyatı

Bala bəy Həsənbəyov 1899-cu ildə Gəncə şəhərində anadan olub. İlk təhsilini də bu şəhərdə almışdır. Daha sonra Moskva Dövlət Univeristetinin iqtisadiyyat fakültəsini bitirmişdir. Əsasən işçi qüvvəsinin yerləşdirilməsi məsələlərinin tədqiqi ilə məşğul olmuş, 1931-ci ildə "Azərbaycanda işçi qüvvəsinin təkrar istehsalı problemi" adlı doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Vətənə döndükdən sonra respublikanın elmi həyatında yaxından iştirak edib

Fəaliyyəti

1920-ci illərdə partiya, dövlət orqanlarında çalışmışdır. 1936-cı il mart ayının 30-da Azərbaycan KP(b)P Mərkəzi Komitəsinin birinci katibi M.C.Bağırovun imzaladığı qərarla Azərbaycan Şura Ensiklopediyası iqtisadiyyat və kənd təsərrüfatı şöbəsinə redaktor təyin edilmişdi. Onun fəaliyyətinin son dövrü Azərbaycan Dövlət Universiteti ilə bağlıdır. B.Həsənbəyov rektor olmaqla yanaşı, həmçinin ADU-da siyasi iqtisad kafedrasına başçılıq edib.

Güllələnməsi

1937-ci il yanvarın 28-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsi tərəfindən professor, ADU-nun rektoru B.Həsənbəyov saxta ittihamlarla həbs olunub. 1937-ci il aprelin 16-da Voroşilov Rayon Komitəsinin Partiya bürosu B.C.Həsənbəyovu "XDİK orqanları tərəfindən tutulmuş partiya düşməni və əksinqilabi trotskiçi" kimi partiya sıralarından çıxarmışdır. B.C.Həsənbəyov Azərbaycan SSR CM-nin 64, 69, 70 və 73-cü maddələrində nəzərdə tutulan cinayətlər üzrə günahlandırılmışdır. 1937-ci il oktayabrın 11-də Azərbaycan Dövlət Universitetinin rektoru olan B.Həsənbəyov güllələnməyə məhkum edilmişdir. 1956-cı il sentyabrın 15-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına görə B.Həsənbəyova 1937-ci il oktyabrın 11-də irəli sürülmüş hökm cinayət tərkibi olmadığına görə xətm olunmuşdur.

Bala bəy Həsənbəyov Antonina İvanovna Bilinova ilə ailə qurmuşdu.

The contents of this page are sourced from Wikipedia article on 07 Apr 2024. The contents are available under the CC BY-SA 4.0 license.