Biography
Also Viewed
Quick Facts
Intro | Azerbaijani literary critic | |
Places | Azerbaijan | |
was | Critic Literary critic | |
Work field | Literature | |
Gender |
| |
Birth | 1905, Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire | |
Death | 14 August 1941 (aged 36 years) |
Biography
Atababa Musaxanlı (1905, Bakı – 14 avqust 1941) – ilk ədəbi tənqidçilərimizdən və "Kitabi – Dədə Qorqud"un ilk tədqiqatçılarından biri. 1934-cü ildən AYB-nın üzvü.
Həyatı
Atababa Daşdəmir oğlu 1905-ci ildə Bakı şəhərində anadan olmuşdu. İbtidai təhsilini rus –tatar məktəbində alıb. Sovet hakimiyyəti qurulandan sonra şəhər orta məktəbini bitirib. 1921–1924-cü illərdə Ali Pedoqoji İnstitutun dil və ədəbiyyat şöbəsini fərqlənmə diplomu ilə bitirib. Sonradan Bakı Pedoqoji Texnikumunda dil və ədəbiyyat müəllimi kimi çalışıb. 1934-cü ildə Azərbaycan Yazıçılar Birliyinə daxil olur. Orta və Ali məktəblər üçün proqram və dərsliklər hazırlayıb. 17 dekabr 1937-ci ildə tutulub. 31 dekabr 1937-ci ildə güllələnməyə məhkum olub.
Sonradan güllələnmə sürgün cəzası ilə əvəz olunub. 1941-ci il avqustun 14-də cəza tədbirləri dövründə həlak olmuşdur.
Məqalələri
- Şaiq
- Ədəbiyyat tarixində Sabir
- Aran köçü və müəllifi (H.K.Sanılıya)
- Mirzə Fətəlinin ictimai, tərbiyəvi mübarizələri
- Azərbaycan ədəbiyyatının inkişafı və xüsusiyyətləri
- Böyük ustad (M.Qorkinin ölümünə)