Aslan Vezir Zade

The basics

Quick Facts

wasScientist
Work fieldScience
Gender
Male
Birth6 January 1898, Baku, Russian Empire
Death1984Baku, Russian Empire (aged 86 years)
Star signCapricorn
The details

Biography

Aslan bəy Vəzirzadə (tam adı: Aslan bəy Zeynalabdin bəy oğlu Vəzirov; 6 yanvar 1898(1898-01-06), Bakı1984, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin ilk tələbələrindən biri, professor.

Həyatı

Aslan bəy Zeynalabdin bəy oğlu Vəzirov 1898-ci ildə Bakı şəhərində anadan olmuşdu.

1915-ci ildə Bakı real məktəbini qızıl medalla bitirib Sankt-Peterburq Dağ-Mədən Mühəndisləri İnstitutuna daxil olmuşdu. 1917-ci ildə orada baş verən hadisələrlə bağlı təhsilini yarımçıq qoydu.

Aslan bəy 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının göndərişi ilə Fransaya ali təhsil almağa göndərilidi. 1925-ci ildə Paris Universitetinin fizika-kimya və Nansi Geologiya İnstitutunun geologiya fakültələrini bitirib Bakıya döndü.

Əmək fəaliyyətinə Azərneftin geoloji-kəşfiyyat idarəsində başladı. Eyni vaxtda da Azərbaycan Politexnik İnstitutunda dərs deməyə başladı. 1930-cu ildə professor elmi adı alaraq institutun kristalloqrafiya, mineralogiya və petroqrafiya kafedrasına rəhbərlik etdi.

İnstitut iki müstəqil ali məktəbə bölünəndə ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunda neft və kimya üzrə ixtisası üzrə pedaqoji fəaliyyətini davam etdirdi.

Aslan bəy Vəzirov keçmiş SSRİ-nin yüksək mükafatlarına layiq görülmüşdü..

Ailəsi

Aslan bəy Nuruş xanım Ələsgər bəy qızı Xasməmmədova ilə həyat qurmuşdu. Fərid bəy adlı oğlu var idi.

The contents of this page are sourced from Wikipedia article on 25 Mar 2020. The contents are available under the CC BY-SA 4.0 license.