Asiman Quliyev

The basics

Quick Facts

Gender
Male
Birth1959, Shaki
Age66 years
The details

Biography

Asiman Aydın oğlu Quliyev (1956, Şəki rayonu, Azərbaycan SSR) — Azərbaycan Dövlət İqtisad Universiteti "İqtisadiyyat və sənaye" fakültəsinin dekanı, iqtisadi elmlər namizədi.

Həyatı

Asiman Quliyev 1956-cı ildə Şəki rayonunda anadan olmuşdur. 1963-1973-cü illərdə Bakı şəhərində orta məktəbdə, 1973-1978-ci illərdə isə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1983-1985-ci illərdə həmin institutun aspirantı olmuşdur.

1988-ci ildə Nikolay Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunda müdafiə edərək iqtisadi elmlər namizədi dərəcəsini almışdır. 1986-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, 1986-1989-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Tələbə Həmkarlar Komitəsinin sədri olmuşdur.

1992-1993-cü illərdə Lerik rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

1994-1997-ci illərdə Bakı Biznes Universitetində dosent olmuş və orada dekan işləmişdir. 1997-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadi nəzəriyyə-1” kafedrasının dosentidir. 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində ki, “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalının mətbuat katibidir.

2006-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Türk dünyası işlətmə” fakültəsinin dekan müavini olmuşdur. 2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadiyyat və sənaye" fakültəsinin dekanıdır.

60-dan artıq elmi əsəri, monoqrafiyası, dərsliyi və tərcümələri Azərbaycanda, Rusiyada və Çexoslovakiyada nəşr olunmuşdur. Beynəlxalq konfranslarda mütəmadi olaraq iştirak edir. Ailəlidir, 1 övladı var.


   Lerik Rayon İcra Hakimiyyətinin başçıları
Babalı Ağayev (1991 — 1992) • Asiman Quliyev (1992 — 1993) • Ataxan Şiriyev (1994 — 1995) • Novruz Novruzov (1995 — 2002) • Füzuli Hacıyev (2002 - 2007) • Rövşən Bağırov (2007 - indiyə kimi)
The contents of this page are sourced from Wikipedia article on 31 Jul 2019. The contents are available under the CC BY-SA 4.0 license.