Biography
Lists
Also Viewed
Quick Facts
Intro | Azerbaijani origin Georgian public figure | |
Places | Georgia | |
was | Politician | |
Work field | Politics | |
Gender |
| |
Birth | 6 October 1944, Tbilisi, Georgian Soviet Socialist Republic, Soviet Union, Georgia | |
Death | 5 February 2008Marneuli, Marneuli Municipality, Kvemo Kartli, Georgia (aged 63 years) | |
Star sign | Libra |
Biography
Allahverdi Alı oğlu Hümbətov (6 oktyabr 1944, Tbilisi – 5 fevral 2008, Marneuli, Kvemo-Kartli) — Gürcüstan Respublikasının ictimai-siyasi xadimi. 2004-2008-ci illərdə Gürcüstan parlamentinin deputatı.
Həyatı
Allahverdi Hümbətov 1944-cü il 6 oktyabrda Tiflisdə anadan olub. 1961-ci ildə Tiflisdəki 72 nömrəli rus orta məktəbini bitirib. 1962-1968-ci illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb.
Vəfatı
2008-ci il 5 fevral-də ağır xəstəlikdən sonra 64 yaşında dünyasını dəyişib.
Fəaliyyəti
Əmək fəaliyyəti
İlk əmək fəaliyyətinə təyinatla Tacikistandakı Nurek elektrik stansiyasında mühəndis kimi başlayıb. Təyinat müddəti başa çatdıqdan Borçalıya qayıdıb. Marneulidə bir çox vəzifələrdə işləyib. 1973-1975-ci illərdə Marneuli Rayonlararası Enerji Satışı İdarəsinin rəisi, daha sonra isə bir neçə sovxozun direktoru, Marneuli rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifələrində şərəflə çalışıb, Marneuli rayon bələdiyyəsinin sədri seçilib.
Siyasi fəaliyyəti
Ötən əsrin 90-cı illərində Gürcüstanda baş vermiş qeyri-sabitlik dövründə gürcü soyadı daşıyan etnik ermənilərin və etnik svan cinayətkar birləşmələrinin Borçalının bir çox yerlərində təxribatlar törədərək azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmağa çalışdıqları zaman Allahverdi Hümbətov həmin təxribatların qarşısının alınmasında böyük xidmətlər göstərmişdir. İxtişaşların elə ilk günlərindən əsasən Marneuli (Sarvan) şəhəri və ətraf kəndlərdə, kəndlilərdən ibarət xüsusi briqadalar yaratmış, bütün kəndlərin giriş-çıxışına postlar qoydurmuş, soyuq silahlarla (kənd təsərrüfatı alətləri: balta, bel, yaba və s.) silahlanmış əhali təxribatçıları evlərinə qədər qovmuşdur. Daha sonra isə o, öz şəxsi vəsaiti hesabına aldıgı 6 ədəd "Kalaşnikov" avtomatı ilə təchiz edilmiş on iki nəfərdən ibarət xüsusi xalq mühafizə dəstəsi (drujinası) yaratmış, həmin silahları rayon polis şöbəsində qeydiyyatdan keçirtmiş və Xalq drujinasının üzvü olan həmin 12 nəfərlik dəstəyə avtomat silah daşımaq üçün rəsmi icazə almışdı. Hökumət həmin dövrdə təxribatçılarla özü bacara bilmədiyinə və öz vətəndaşlarını həmin təxribatçılardan qorunmaqda aciz olduğuna görə Allahverdi Hümbətovun bu təklif-müraciətlərinə müsbət cavab verməyə məcbur olmuşdu.
Dünya Azərbaycanlılarının I və II Qurultaylarının nümayəndəsi olub.
2004-cü ildə Burcanadze-Demokratlar blokundan Gürcüstan Parlamentinə deputat seçilib.
Xatirəsinin ədəbiləşdirilməsi
Haqqında kitablar
Haqqında "Dostluq körpüsü" adı kitab yazılıb, mətbuatda onlarla məqalə işıqüzü görüb.
Haqqında filmlər
İctimai Televiziyada " Ömür dedikləri bir karvan yolu…" (Ssenari müəllifləri: Qərənfil Xəlilova və Natiq Hümbətov), Gürcüstan TV-də (Art-studiya) "Liderin məsuliyyəti" ( Senari müəllifləri Tengiz Txilava və Natiq Hümbətov. Prodüsser Şahismayıl Şəmmədoğlu) adı ilə yayımlanıb.