Biography
Also Viewed
The basics
Quick Facts
Gender |
| ||||||
Death | 1444 | ||||||
Family |
|
The details
Biography
Cəlaləddin Əli bəy — Ağqoyunlu tayfa ittifaqının başçısı, Qara Yuluq Osmanın böyük oğlu.
Hakimiyyəti
1435-ci ildə hakimiyyətə gəlmişdi və tayfa ittifaqlarının hakimiyyət uğrunda gedən mübarizəsi nəticəsində bir müddət Ağqoyunluların rəhbəri oldu, daxili və xarici mübarizədə müəyyən üstünlüklər əldə edə bildi. Əli bəy təkbaşına tək qələbə qzana bilməyəcəyini anlayaraq Misir sultanlığı ilə müqavilə bağladı və Misir hakimi Məlik Əşrəf ona kömək üçün 50 min nəfərdən ibarət hərbi qüvvə göndərdi. Buna baxmayaraq qardaşı Həmzə bəy ilə mübarizədə məğlub oldu və Diyarbəkir Həmzə bəyin qoşunları tərəfindən tutuldu. Misirə gedən Əli bəy geriyə qayıdarkən yolda öldü.
Ailəsi
Sara xatunla evlənmiş 7 oğlu və 1 qızı olmuşdur:
- Uzun Həsən
- Cahangir Mirzə
- Hüseyn
- Cahanşah
- İsgəndər
- İbrahim
- Üveys
- Xədicə bəyim - Şeyx Cüneydlə evlənmişdir.