Biography
Also Viewed
Quick Facts
Intro | Azerbaijani musician | |
Places | Azerbaijan | |
is | Musician | |
Work field | Music | |
Gender |
| |
Birth | Saatly, Saatly District, Azerbaijan |
Biography
Əlgüşad Məmmədov — tanınmış kamança ifaçısı.
Həyatı
Əlgüşad Məmmədov ömrünün 40 ildən çoxunu milli musiqimizin təbliğinə həsr etmiş, 35 illik pedaqoji fəaliyyət göstərmişdir. Bakının 26 nömrəli musiqi məktəbində dərs deyir.
Hacı Məmmədov, Əhsən Dadaşov, Əliağa Quliyev, Ramiz Quliyev, Sərvər İbrahimov, Firudin Ələkbərov kimi ustad tarzənlərlə birgə ən dəyərli xanəndə və müğənnilərimizi müşayiət edib.
Bu gün radio-televiziyanın qızıl fondunda onun müxtəlif illərdə lentə aldırdığı "Rast", "Çahargah", "Şüştər", "Bayatı Şiraz", "Bəstənigar", "Mahur" kimi muğamlarımızla yanaşı, xalq havacatları da qorunub saxlanmışdır.
Çoxları kimi Əlgüşad Məmmədovun da sənət yolu oxuduğu məktəbin bədii özfəaliyyət kollektivindən başlayıb. Məktəbin musiqi müəllimi Həmid Ağabəyov balaca Əlgüşadın incəsənətə olan marağını, musiqi qabiliyyətini görərək onu musiqi məktəbinin kamança sinfinə yazdırır, hətta məktəbdən ona kamança da verdirir.
İlk gündən kamançaya meyl salan Əlgüşad çox çəkinir ki, özünün şirin çalğısı ilə təkcə məktəbdə deyil, doğulub boya-başa çatdığı Saatlı rayonunda da tanınır. Mədəniyyət evinin xalqı çalğı alətləri ansamblına üzv olur.
Rayonun əksər tədbirlərində fəal iştirak edir. 1957 ildə onların ailəsi Bakıya köçür. Musiqi fəaliyyətini bu dəfə o, pionerlər sarayında davam etdirir. Lakin qazanılan hər bir uğurun bədii özfəaliyyət səviyyəsindən yuxarı olmadığını da yaxşı bilən Əlgüşad orta məktəbi bitirən kimi təhsilini Asəf Zeynallı adına Musiqi Texnikumunda davam etdirəcəyini qətiləşdirir.
Qəbul imtahanında onun çaldığı "Çahargah" muğamı, eləcə də ifaçıdan yüksək texnika tələb edən "Qazağı" oyun havası komissiya üzvləri tərəfindən yüksək qiymətləndirilir.
Və o, digər imtahanlardan azad edilərək məktəbə qəbul edilir. Zeynəb Xanlarova, Əvəz Rəhmətov, Elman Bədəlov kimi gələcəyin görkəmli sənətkarları ilə birgə oxumalıykən, tale həmin il Əlgüşad Məmmədovun bəxtinə başqa bir qismət yazdı.
Ağır xəstələndiyi üçün uzun müddət dərsə gedə bilmədi. Bu səbəbdən də məktəblə vidalaşmalı oldu. Əslində isə dərsdən qalan onun cismi idi. Qəlbi və canı ilə milli musiqimizə bağlı olan Əlgüşad Sumqayıt mədəniyyət mərkəzində tarzən Əfqan İbrahimov və müğənni Seyran Məmmədovla birlikdə muğam üçlüyündə çıxış edir. Və bu üçlük 60-cı illərin əvvəllərində gənc ifaçılar arasında ad çıxarır.
Məhz o illərdə Bakıda keçirilən bədii özfəaliyyət kollektivlərinə baxış müsabiqəsində münsiflər heyətinin üzvləri Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Hacı Xanməmmədov, Şövkət Ələkbərova, Gülağa Məmmədov və digər tanınmış sənətçilər bu üçlüyə yüksək qiymət verərək onu müsabiqənin qalibi lan edib, qızıl medala layiq görürlər. Bu uğur Əlgüşadı incəsənətə daha da bağlayır. Gələcək taleyinə işıqlı bir yol açır.
Neçə illik ayrılıqdan sonra Hacı Xanməmmədovun tövsiyəsi və köməkliyi ilə Musiqi Texnikumuna-Hafiz Mirzəliyevin sinfinə qəbul olunaraq kamançanın sirlərini daha mükəmməl öyrənməyə başlayır. Tələbə ikən Əliağa Quliyevin, Hacı Məmmədovun rəhbərlik etdiyi ansambllara dəvətlər alır.
İlk dəfə olaraq tarzən Firudin Ələkbərov, müğənnilərdən İldırım Həsənov,Mürşüd Məmmədovla birgə qastrol səfərlərinə çıxaraq respublikamızın ayrı-ayrı rayonlarında konsertlər verir.
Gənclik illərində ən yadda qalan hadisə isə 1967 ildə İstanbulda keçirilən dünya tələbələri festivalındakı çıxışlarıdır. Tarzən Adil Bağırov və gənc müğənni Süleyman Abdullayevlə birgə Türkiyənin İstanbul, Ankara, İzmir və digər iri şəhərlərində 20 günlük qastrol səfərində olur. O dövr Türkiyənin, eləcə də Respublikamızın ən nüfuzlu qəzet və jurnalları incəsənət ustalarımızın qazandığı uğurlara öz səhifələrində geniş yer ayırırlar.
Əlgüşad Məmmədovun yaradıcılığında kino sahəsi də mühüm yer tutur. Onun "Babək", "Tehran-43", "Qızıl uçurum" və digər filmlərdə ifa etdiyi muğam və xalq havacatımızın tamaşaçıya təsir gücünü qeyd etməmək olmaz.
Hər ifada milli çalarları, koloriti saxlamağa çalışıb.
Əlgüşad müəllim bu gün də yaradıcılığından qalmır. "Vahid" poeziya evində keçirilən tədbirlərə fəal iştirak edir. İslam Rzayevin rəhbərlik etdiyi ansamblın üzvüdür. Tez-tez ansamblla, eləcə də Canəli Əkbərov, Sabir Mirzəyev, Arif Babayev və digər tanınmış sənətçilərlə cəbhə bölgələrində, hərbi hospitallarda igid döyüşçülərimiz qarşısında konsertlər verir.
Gördüyü nəcib və xeyirxah işi bir vətəndaşlıq borcu kimi dəyərləndirir. Lakin bir həqiqəti unudur ki, kaman da bir yaraqdır.