Albert Tağıyev

Azerbaijani economist
The basics

Quick Facts

IntroAzerbaijani economist
PlacesAzerbaijan
isEconomist
Work fieldFinance
Gender
Male
BirthTovuz District, Azerbaijan
The details

Biography


Albert Həmid oğlu Tağıyev (08.03.1940 Aşağı Quşcu, Tovuz rayonu) — Azərbaycan iqtisadçısı, iqtisadiyyat üzrə fəlsəfə doktoru. Sumqayıt Dövlət Universitetinin İdarəetme Kafedrasının dosenti, Azərbaycan İqtisadçılar İttifaqı Sumqayıt Filialının həmsədri. 2006-cı ildə A.H.Tağıyev Türk Dünyası Araştırmalar Uluslararası Elmlər Akademiyası Elmi Şurasının qərarıyla Türk iqtisad elminin və mədəniyyətinin inkişafındakı xidmətlərinə göre bu akademiyanın fəxri professoru adına layiq görüldü.

Həyatı

1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini ‘Hesablayıcı-proqramçı’ ixtisası üzrə bitirib. 1974-cü ildən İqtisad Elmləri Namizədidir. Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda, Azərbaycan Dövlət Universitetinin Hesablama Mərkəzində riyaziyyatçı-proqramçı kimi çalışıb. 1970-1976-cı illərdə Azərbaycan Dövlət Plan Komitəsi nəzdində ETİİ-də kiçik elmi işçi, baş elmi işçi, müxtəlif sektorların müdiri vəzifələrində çalışıb. 1967-ci ildən Sumqayıt Dövlət Universitetində (keçmiş Azərbaycan Sənaye İnstitutu) baş müəllim, dosent, iqtisad yönümlü müxtəlif kafedraların müdiri, İqtisadiyyat və İdarəetme fakültəsinin ilk dekanı vəzifələrində işləyib.

140-dan çox elmi-metodiki əsərin, o cümlədən 30 kitabın müəllifidir.


Kitabları

  • A.H.Tağıyev. Bazar iqtisadiyyatının əsasları. Bakı. 2000
  • A.H.Tağıyev. Müəssisələrin idarə edilməsi. Qabaqcıl dünya təcrübəsindən. Bakı: Gənclik nəşriyyatı. 2003 Sənədi saxlayan: Presidential Library
  • A.H.Tağıyev. İstehsaldaxili ehtiyatlar, onların aşkar edilməsi və səfərbərliyə alınması üsulları. Bakı. Elm nəşriyyatı, 2003. Sənədi saxlayan: Presidential Library
  • A.H.Tağıyev və İ.B.Əmirov. İnnovasiya menecmenti. Bakı: Təknur nəşriyyatı, 2010 Sənədi saxlayan: Presidential Library
  • A.H.Tağıyev. İnnovasiya layihələrinin menecmenti. Bakı, 2013
  • A.H.Tağıyev. İnnovasiya siyasəti. Bakı, 2013

Ədəbiyyat

  • Böyük İqtisadi Ensiklopediya. 2013.

Mükafatları

  • 2010-cu ildə Təhsil Nazirliyinin təsis etdiyi “Təhsildə fərqlənməyə görə” medalına layiq görülüb.
  • Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat fakultəsində 1998-ci ildə aparılan “Ən yaxşı müəllim ” müsabiqəsinin qalibidir.
The contents of this page are sourced from Wikipedia article on 09 Aug 2020. The contents are available under the CC BY-SA 4.0 license.