Ainar Karlson
Estonian boxer
Aynar Karlson (13 oktyabr 1988) — Estoniyalı boksçu. Aynar Karlson Estoniyanı 2015-ci ildə I Avropa Oyunlarında təmsil etdi. Karlson 10 yaşından boks ilə məşğul olmağa başlamışdır. Kikboksinq üzrə dünya gənclər çempionu və 9 dəfə Estoniya boks çempionudur. Boksdan əlavə kikboksinq, sərbəst güləş, cüdo və ciu-citsu ilə məşğul olur.
Aynar Karlson birinci dəfə Avropa Oyunlarına 2015-ci ildə qatıldı. O, Bakıda baş tutan I Avropa Oyunlarında kişilər 81 kq çəki dərəcəsində, 1/32 final mərhələsində Monteneqronun nümayəndəsi Bosko Draskoviç ilə üz-üzə gəldi. Həmin görüşdə Aynar Karlson rəqibinə 1:2 hesabı ilə uduzdu.