Aida Tağızada

Azerbaijani musicologist
The basics

Quick Facts

IntroAzerbaijani musicologist
PlacesAzerbaijan
isMusicologist
Work fieldAcademia Music
Gender
Female
Birth5 February 1934, Shusha, Azerbaijan
Age90 years
Star signAquarius
The details

Biography

Tağızadə Aida Zeynal qızı (5 fevral 1934(1934-02-05), Şuşa) — Azərbaycan musiqişünası, Azərbaycanın əməkdar incəsənət xadimi (1987), sənətşünaslıq namizədi (1969), professor (1986).

Həyatı

Aida Zeynal qızı 1934-cü il fevralın 5-də Şuşa şəhərində anadan olmuşdur.

Aida xanım ziyalı ailəsində dünyaya gəlib boya-başa çatdığı üçün çox gözəl təlim-tərbiyə və təhsil almış, sonralar sənətşünaslıq elmlər namizədi, professor və əməkdar incəsənət xadimi səviyyəsinə qədər yüksəlmişdir. Onun atası Zeynal Tağızadə dilşünas, filologiya elmləri doktoru olmuş, anası Hacıyeva Sayalı xanım isə pedaqoji və tibb institutlarını bitirmişdir. Aida xanımın sənətin bütün növlərinə olan məhəbbətinin təməli məhz ailədə qoyulmuşdur. Lakin o, musiqişünaslığı özünə peşə seçmişdir.

O, Asəf Zeynallı adına Musiqi Kollecini bitirərək Ü.Hacıbəyli adına Konservatoriyada əvvəlcə fortepiano üzrə ifaçılıq şöbəsində oxumuş, iki ildən sonra isə musiqişünaslığa üstünlük verərək bu şöbədə də təhsilini başa vurmuşdur.

Aida xanım 1958-ci ildən Bakı Musiqİ Akademiyasında (BMA-da) fəaliyyət göstərir. Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında böyük səy göstərən, hərtərəfli inkişaf etmiş böyük nəzəriyyəçi, dövrümüzün görkəmli bəstəçisi Cövdət Hacıyevə həsr olunmuş monoqrafiyasında ("İşıq", 1979) müəllif Cövdət Hacıyevin Azərbaycan simfonik musiqisinin ümumi inkişafı fonunda özünəməxsus üslubunu araşdırmaq məqsədini izləyir. Kitabda onun beş simfoniyası, "Sülh uğrunda" simfonik poeması, kamera-instrumental musiqisi və fortepiano üçün "Musiqi lövhələri" yüksək peşəkar səviyyədə təhlil olunur.

Aida xanımın 1985-ci ildə "Yazıçı" nəşriyyatında çap olunmuş növbəti kitabı bəstəkar Soltan Hacıbəyovun yaradıcılığına həsr edilmişdir. Maraqlıdır ki, 1969-cu ildə müdafiə etdiyi namizədlik dissertasiyası da istedadlı sənətkarımızın əsərlərinin təhlililə bağlıdır. Həmin monoqrafiyada bəstəkarın "Gülşən" baleti, simfonik canrda yazılan əsərləri, onun üslubu üçün səciyyəvi bir çox xüsusiyyətlər yüksək səviyyədə araşdırılmışdır.

A.Tağızadə müxtəlif qəzet və jurnallarda çap olunmuş 100-ə yaxın məqalənin müəllifidir. Məqalələrin əsas mövzuları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və b. kimi böyük sənətçilərinin yaradıcılığı, bədii üslubun özəllikləri, yeni əsərlərin təhlilidir. Peşəkar ifaçılıq sənətinə diqqət yetirən və dəyər verən Aida Tağızadə yazılarında Müslüm Maqomayev, F və X.Qasımova bacıları, Sərvər Qəniyev,Elmira Səfərova, Fəridə Quliyeva, Aida Abdullayeva kimi sənətkarların yaradıcılıq portretlərində yer vermişdir.

O, "XX əsr Azərbaycan musiqisi" məqalələr toplusunun tərtibçisi və elmi redaktoru olmuşdur. 1994-cü ildə çap olunan toplunun birinci cildində milli musiqi mədəniyyətinin tarixi mərhələləri bədii estetik planda araşdırılmış və Azərbaycan bəstəçilərinin üslub problemlərinin analitik izahı verilmişdir.

Aida xanım 1996-2007-ci illərdə fəaliyyətini Türkiyənin Ankara Bilkənd universitetində davam etdirmişdir. Bu illərdə o, Azərbaycan və onun musiqi həyatı ilə əlaqələrini kəsməmiş, "XX əsr Azərbaycan musiqisi" məqalələr toplusunun II cildini hazırlamışdır. Üzeyir Hacıbəylinin 110 illiyinə həsr olunmuş həmin kitab 1997-ci ildə işıq üzü görmüşdür. Dahi bəstəkarın yaradıcılığını əhatə edən bu kitabda onun zəngin irsi, tarixi missiyası bədii-estetik, tarixi-mədəni kontekstdə işiqlandırılmışdır. Aida xanımın Azərbaycan bəstəkarlarının yaradıcılığına həsr olunmuş kitab və broşürləri Azərbaycan musiqişünaslığına bir töhfədir. Bu sırada dövrümüzün görkəmli bəstəkarları C.Hacıyevin, Hacıbəyovlar sülaləsinin nümayəndəsi Soltan Hacıbəyovun, müasir musiqi sənətinin görkəmli nümayəndəsi A.Əlizadənin yaradıcılıqlarına həsr olunmuş monoqrafiyalar parlaq nümunələrdir…

Ailəsi

Aida xanım iki övlad, üç nəvə və bir nəticə sahibidir. Oğlu Fuad Əliyev texniki elmlər doktorudur və uzun illər Almaniyada çalışıb, hazırda Ankarada Özəl universitetdə fəaliyyət göstərir. Qızı Nigar Əliyeva anasının yolunu davam etdirərək, sənətşünaslıq namizədidir. Hazırda Almaniyada məskunlaşaraq, orada öz fəaliyyətini davam etdirir.

Əsərləri

  • Cövdət Hacıyev. Broşür. B., "Şur", 1992;
  • "История азербайджанской музыки" dərsliyində fəsillər:
  • "Музыкальная культура Азербайджана 2-ой половины XIX века", "Азербайджанское музыкальное искусство в годы Великой Отечественной войны". B., "Maarif", 1992;
  • "Musiqi ədəbiyyatı". Uşaq musiqi məktəblərinin VII sinfi üçün dərslik /həmmüəllif – F.Əliyeva/. B., "Şur", 1994;
  • "XX əsrin Azərbaycan musiqisi" e/m toplusu /tərtibçi və ön sözün müəllifi/. /I buraxılış/. B., ADK-nın nəşri, 1994;
  • "XX əsr Azərbaycan musiqisi" e/m toplusu /tərtibçi və ön sözün müəllifi/. /II buraxılış/. B., "Elm və həyat", 1997;
  • "Arşın mal alan" musiqili komediyasının val yazısı. "XX əsr Azərbaycan musiqisi" e/m toplusu /II buraxılış/. B., "Elm və həyat", 1997.
The contents of this page are sourced from Wikipedia article on 25 Jun 2020. The contents are available under the CC BY-SA 4.0 license.