Biography
Lists
Also Viewed
Quick Facts
Intro | Fikrət Əmirovun həyat yoldaşı. | ||||
Places | Azerbaijan | ||||
Gender |
| ||||
Birth | 12 February 1930, Ganja, Azerbaijan | ||||
Death | 1 September 1983Baku, Russian Empire (aged 53 years) | ||||
Star sign | Aquarius | ||||
Family |
| ||||
Education |
|
Biography
Aidə Tağı qızı Əmirova (12 fevral 1930, Gəncə - 01 sentyabr 1983,Bakı) – Görkəmli Azərbaycan bəstəkarı, SSR-i xalq artisti Fikrət Əmirovun həyat yoldaşı.
Həyatı
Aidə (Nağı-zadə) Əmirova 12 fevral 1930-cu ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. Gənc yaşlarından atası Tağı Məmmədəli oğlu Nağı-zadə Kənd təsərrüfatı nazirliyində məsul vəzifələrdə calışdıgına görə ailəsi ilə Bakıda yaşayıb.
1947-ci ildə Bakı səhərində orta məktəbi qızıl medalla bitirdikdən sonra elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutuna (Azərbaycan Tibb Universiteti) daxil olub. 1952-ci ildə həmin institutun müalicə-profilaktika fakultəsini müalicə işi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
1952-ci ildə Azərbaycanin xalq artisti, bəstəkar Fikrət Əmirov ilə ailə həyatı qurub. Aidə xanım zahirən cox gözəl, daxilən alicənab və nəcib bir insan olub. O, ailə həyatı qurduqdan sonra ömrünün sonuna qədər Fikrət Əmirovun yanında olaraq onun həyat və yaradıcılığının bütün mərhələlərində ona dayaq olub. Fikrət Əmirov 1979-cu ildə yazdığı “1000 bir gecə” baletini həyat yoldaşı Aidə xanıma həsr etmişdi - bəstəkar baletin partiturasının titul vərəqində "Həyat yoldaşım – Aidaya” sözlərini yazmışdı.
Övladları Sevil Əmirova, Cəmil Əmirov.
Aidə Əmirova 1983-cü il sentyabrın 1-də Bakıda vəfat edib. Dahi bəstəkar Aidə xanımın ölümündən sonra cəmi yarım il yaşayıb...
Qalereya
Aidə xanım, Bakı, 1948-ci il
Fikrət Əmirov, Aidə xanım, uşaqları Sevil və Cəmil, Bakı, 1959-cu il
Fikrət Əmirov və Aidə xanım Bakı,1952-ci il
Fikrət Əmirov və Aidə xanım, Bakı, 1959-cu il