Ahmet Esat Uras

Turkish politician
The basics

Quick Facts

IntroTurkish politician
PlacesTurkey
wasPolitician
Work fieldPolitics
Gender
Male
Birth1882, Amasya, Turkey
Death11 January 1957Ankara, Turkey (aged 75 years)
Politics:Republican People's Party
Education
Vefa High School
The details

Biography

Əhməd Əsəd Uras (türk. Əhməd Əsəd Uras, əsl adı türk. Ahmet Esat Uras; 1882 - 11 yanvar 1957) — türkiyəli siyasətçi.

Həyatı

1882-ci ildə Amasiyanın Qumacıq məhəlləsində doğulmuşdur. Ataları vaxtilə Şirvan-Kürdəmir bölgəsindən gəlmiş, Şirvanzadələr ailəsinə mənsubdurlar. Şamaxıdan Amasiyaya gələn babası İsa Ruhi Əfəndi Mövlanə İsmayıl Şirvanizadənin qardaşı oğlu və kürəkənidir. Əsəd Urasın atası Hacı Nuri bəy Osmanlı dövlətində qazı olub.

Əsəd Uras ilk təhsilini Fateh Əsgəri rüşdiyyəsində və Vəfa Edadisində alıb. 1904-cü ildə Mülkiyə məktəbinin siyasi elmlər fakültəsini bitirib. Bir müddət İzmir liseyində fransız dili müəllimi olaraq çalışıb. Sonralar isə Mudurnu, Zonquldak, Ahtabolu və Van ilçələrində kaymakam vəzifəsini daşıyıb. Vanda işlədiyi müddətdə Akdamarda ermənilərlə danışıq aparan heyətin sədri olub.

Birinci dünya müharibəsində Osmanlı kəşfiyyatının əməkdaşı olub. 1916-cı ildə siyasi şöbə müdiri vəzifəsinə yüksəldilib. 1916-cı ildə Daxiliyyə nəzarətinin istəyi ilə erməni dəstələrinin əməl və hərəkətləri ilə bağlı kitab yazıb. Əsəd Uras erməni dilini mükəmməl bildiyi üçün İsveçrəyə gedib, oradakı erməni təşkilatlarına özünü erməni kimi təqdim edib, onların gizli nəşriyyatlarını və nizamnamələrini ələ keçirib. 280-nə qədər topladığı ermənicə nəşrləri 1950-ci ildə TBMM kitabxanasına hədiyyə edib.

Osmanlının Birinci Dünya müharibəsindəki məğlubiyyətindən sonra bağlanan Mudros müqaviləsindən sonra bir çox türk siyasətçiləri və ziyalıları kimi o da həbs olunub, Bəkirağa bölüyünə göndərilib. Beş aylıq həbs müddətindən sonra Şuray-i dövlətin qərarı ilə azad edilib. Anadoluya keçən Əsəd Uras Türkiyə Böyük Millət Məclisi hökuməti üçün çalışıb. Milli mübarizə illərində Ankarada Əmniyyət genəl müdiri olub, Qars müqaviləsində iştirak edib. 1921-ci ildə Qars, 1922-ci ildə Rizə mutasarrıfı (Osmanlıda idari vəzifələrdən biri) vəzifəsinə təyin edilib. Lozan Konfransında müşavir olan Uras 1923-cü ildə Amasiyanın millət vəkili olub. 1924-1931 illərdə partiya müfəttişi kimi Qars, Bəyazid, Ərzurum, Artvin və Ərzincanı gəzib. Hakimiyəti Milliyə qəzetində bir neçə romanı dərc edilib. Türk Tarix Qurumunun üzvü olub. 1950-ci ilə qədər millət vəkili olan Uras ömrünün son illərini Ankarada yaşayıb. 11 yanvar 1957-ci ildə Ankarada vəfat edib.

Əsərləri

  • Tarixdə ermənilər və erməni məsələsi (1950)
  • Təhmasqulu xanın təvarihi (1942)
  • Rusçuk ayanı Alemdar Mustafa paşanın həyatı və qəhrəmanlıqları (1943)
  • Niğbolu xaçlı səfəri (1956)
The contents of this page are sourced from Wikipedia article on 27 May 2020. The contents are available under the CC BY-SA 4.0 license.