Biography
Lists
Also Viewed
Quick Facts
Intro | Azerbaijani writer | |
Places | Azerbaijan | |
is | Writer | |
Work field | Literature | |
Gender |
| |
Birth | 22 May 1933, Armenian Soviet Socialist Republic, Soviet Union | |
Age | 91 years | |
Star sign | Gemini |
Biography
Əhməde Həpo (22 may 1933, Qəmərli rayonu) — Azərbaycan yazıçısı və publisisti, "Ronahi" Kürd Mədəniyyət Mərkəzinin qurucusu.
Həyatı
Əhməde Həpo 22 may 1933-cü ildə Ermənistan SSR-nin Qəmərli rayonunun Şırran kəndində anadan olmuşdur. Mənşəcə kürddür. Onun ailəsi İosif Stalinin dövründə həyata keçirilən repressiyalar səbəbilə 10 il sürgündə olmuşdur. Azərbaycanlıların Ermənistandan deportasiya edilməsi ilə Əhməde Həpo evindən didərgin olmuş, Azərbaycanın Yevlax rayonunda məskunlaşmışdır. Ali təhsil almaq üçün Bakıya gələn Əhməde Həpo dövri mətbuatda müntəzəm çıxış etmiş, sonradan Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə çalışmışdır. O, kürd folklorunun toplanması və nəşr edilməsində böyük xidmətlər göstərmişdir. Əhməde Həpo "Yara", "Qanlı göz yaşları", "Evsiz yolçu", "Ömür çiçəkləri" kimi 10 kitab müəllifidir. Onun əsərləri kürd dilində də nəşr olunmuşdur.
Azərbaycanda müstəqillik elan olunduqdan sonra Əhməde Həpo "Ronahi" Kürd Mədəniyyət Mərkəzini yaratmış və ona rəhbərlik etmişdir. Bu illərdə, o, həm də Mehdi Hüseyn, Mirzə İbrahimov, İlyas Əfəndiyev və digər yazıçılarımızın əsərlərini kürd dilinə tərcümə etmişdir. Əhməde Həpo "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində kürd dilində efirə gedən "Kürdün səsi" radio verilişinin rəhbəri və eyniadlı qəzetin baş redaktoru kimi fəaliyyət göstərmişdir. O həmçinin, Azərbaycandakı kürd icmasının ağsaqqalıdır.