Biography
Lists
Also Viewed
Quick Facts
Intro | Azerbaijani sociologist | ||||
Places | Azerbaijan | ||||
is | Writer Poet Journalist Opinion journalist Sociologist | ||||
Work field | Journalism Literature Social science | ||||
Gender |
| ||||
Birth | 15 February 1950, Vayxır, Babek District, Nakhchivan Autonomous Republic, Azerbaijan | ||||
Age | 74 years | ||||
Star sign | Aquarius | ||||
Education |
| ||||
Employers |
| ||||
Awards |
|
Biography
Məmmədov Əhməd Qəşəm oğlu (15 fevral 1950, Vayxır, Naxçıvan rayonu) — şair, publisist, sosioloq, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1978); "Ahəngyol" elmi-fəlsəfi konsepsiyasının yaradıcısı
Həyatı
Əhməd Qəşəmoğlu 1950–ci ilin 15 fevralında Naxçıvan MR-nin Babək rayonunun Vayxır kəndində anadan olmuşdur. 1972–ci ildə Bakı Dövlət Universitetinin Mexanika–riyaziyyat fakültəsini əla qiymətlərlə bitirmiş və Azərbaycan SSR EA-nın Kibernetika İnstitutunda fəaliyyətə başlamışdır.
1974-cü ildən 1978–ci ilə qədər Moskvada SSRİ EA-nın Mərkəzi İqtisadi Riyaziyyat İnstitutunda əvvəl təkmilləşmə kursu keçmiş,sonra əyani aspiranturanı bitirmişdir. 1974-cü ildə Varşavada Beynəlxalq Statistika İnstitutunun keçirdiyi konqresdə məruzə ilə çıxış etmişdir. İqtisad elmləri namizədidir. UNESCO–nun Beynəlxalq Kadrlar Akademiyasının fəlsəfə doktorudur. SSRİ Sosioloqlar Assosiasiyasının İdarə Heyətinin üzvü olmuşdur.
Yaradıcılığı
Ədəbi yaradıcılıqla geniş şəkildə məşğul olur. 1977-ci ildən Azərbaycan xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan Gəncləri" qəzetində onun şerləri müntəzəm olaraq Respublika Mətbuatında çap olunmağa başlamışdır. "Vurğun külək" adlı ilk şeirlər kitabı 1981–ci ildə "Gənclik" nəşriyyatında çap olunmuşdur. Ə. Qəşəmoğlu 1980–ci ildə Tuva MSSR–in paytaxtı Qızıl şəhərində keçirilən "Gənc yazıçıların Ümumittifaq Toplantısı"nda laureat olmuşdur. Buna görə də onun "Vlyublennıy veter" kitabı Moskvada "Molodaya qvardiya" nəşriyyatında çap olunmuşdur. SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. O, eyni zamanda,ardcıl olaraq publisistika ilə də məşğul olur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycanın Jurnalistlər Birliyinin üzvüdür. Şeir və publisistik yazıları 10-dan artıq xarici ölkələrdə müxtəlif dillərdə çap olunmuşdur. "Rəsul Rza" adına Beynəlxalq ədəbi mükafatın laueratıdır.
Əhməd Qəşəmoğlu SSRİ–də riyaziyyatın sosiologiyaya tədbiqi sahəsində fəaliyyətə başlayan ilk mütəxəssislərdən biridir. 1974-cü ildən başlayaraq Azərbaycanda emprik sosiologiyanın əsasını qoymuşdur. 1980-ci ildə Azərbaycan Komsomolu MK–da, 1987–ci ildə Azərbaycan SSR EA–da, 1992–ci ildə Qərb Universitetində sosiologiya sahəsində ciddi Elmi Mərkəzlər yaratmışdır. 1990–cı ildə Azərbaycanda ilk müstəqil "Sosioloji Araşdırmalar Mərkəzi" yaratmışdır. Rəhbərlik etdiyi "El-oba" Sosioloji Araşdırmalar Mərkəzi 1994–cü ilə qədər respublikada olduqca ciddi fəaliyyət göstərmişdir. 1992–ci ilin oktyabrında Azərbaycan Respublikası Parlamenti yanında "Humanitar tədqiqatlar və Proqnozaşdırma Mərkəzi"nin rəhbəri seçilmişdir. Mərkəz 1997–ci ildə ləğv edilmişdir.
ABŞda, İrlandiyada, İsveçdə, Misirdə, Türkiyədə və s. ölkələrdə keçirilən 10-dan artıq beynəlxalq toplantıların iştirakçısı olmuşdur. 350–yə qədər sosioloji araşdırmanın aparılmasına rəhbərlik etmişdir. 20–yə qədər fəaliyyət proqramının yaradıcısıdır. 300–ə qədər elmi, publisistik məqalənin, 5 şeir, 5 elmi kitabın müəllifidir.
Əhməd Qəşəmoğlu "Azərbaycan-Hollandiya dostluq cəmiyyəti"nin, "Tərəqqi və Demokratiya" ictimai birliyinin rəhbəridir.
27 mart 2024-cü ildə "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif olunmuşdur.
İşləri
- Vurğun külək. Bakı: Yazıçı, 1982, 73 səh.
- Dünya çağırır məni. Bakı: Yazıçı, 1988, 88 səh.
- Vlyublennıy veter. Moskva: Molodaya Qvardiya, 1985, 52 səh.
- Dünyadan keçirəm indi. Bakı: Yazıçı, 1997, 142 səh.
- Tətbiqi sosiologiya. Bakı: "TED", 1998, 72 səh.
- Sosioloji araşdırma aparanlara kömək. Bakı: "Sabah", 2000, 142 səh.
- Sosial idarəetmənin fəlsəfi və sosioloji problemləri. Bakı: Yazıçı, 2008, 264 səh.
- Sonsuzluğun ahəngi. Bakı, "Xan"; 2015, 352 səh.
- Eşqdən o yana. Bakı, "Elm və təhsil", 2020, 172 səh.
- Ömrün uğurlu bünövrəsi. Bakı: JekoPrint. 2020. 624 s.
- Sosial-iqtisadi proseslərin idarə olunmasında ahəngyol nəzəriyyəsindən istifadə. Bakı: "Elm və təhsil", 2021, 359 səh.
- Rəsul Rza (poema). Bakı, "Elm və təhsil", 2023, 90 səh.