Adile Nazar

Researcher
The basics

Quick Facts

IntroResearcher
PlacesRussia Azerbaijan
isWriter Poet Researcher Journalist Opinion journalist
Work fieldAcademia Journalism Literature
Gender
Female
Birth26 May 1969, Şəhriyar, Sharur District, Nakhchivan Autonomous Republic, Azerbaijan
Age55 years
Star signGemini
Education
Azerbaijan Teachers InstituteAzerbaijan
Azerbaijan State Pedagogical UniversityBaku, Baku Uyezd, Azerbaijan
Institute of Linguistics named after NasimiBaku, Baku Uyezd, Azerbaijan
Employers
Institute of Linguistics named after NasimiBaku, Baku Uyezd, Azerbaijan
Institute of Education of the Republic of AzerbaijanAzerbaijan
Awards
Jubilee Medal "Ashig Alasgar – 200" 
The details

Biography

Adilə Həsən qızı Nəzərova (26 may 1969, Şəhriyar, İliç rayonu) — Azərbaycan şairi, ədəbiyyatşünası. Filologiya üzrə fəlsəfə doktoru. Azərbaycan Yazıçılar Birliyinin və İraq–Türkmən Yazıçılar Birliyinin üzvü.

Həyatı

Adilə Həsən qızı Nəzərova 26 may 1969-cu ildə Şərur rayonunun Şəhriyar kəndində doğulub. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə Azərbaycan Müəllimlər İnstitutunda bakalavr, Azərbaycan Dövlət Pedaqoji Universitetində isə magistr təhsili almışdır.

Elmi fəaliyyəti

AMEA Dilçilik İnstitutunun dissertantı olmuş, "Azərbaycan dilində fəlsəfi terminlərin leksik-semantik təhlili" mövzusunda dissertasiya müdafiə edərək Filologiya üzrə fəlsəfə doktoru elmi adı almışdır.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsidə aparıcı elmi işçi vəzifəsində çalışır.

Elmi əsərləri

  • "Azərbaycan dilində fəlsəfə terminlərinin izahlı lüğəti", Bakı, Elm və təhsil, 2014, 224 s.
  • "Azərbaycan dilində fəlsəfə terminlərinin leksik-semantik xüsusiyyətləri", Monoqrafiya, Bakı, Elm və təhsil, 2017, 176 s.
  • "İmadəddin Nəsimi yaradıcılığının tədrisi və bədii dil xüsusiyyətlərinin öyrənilməsi", Monoqrafiya, Bakı, 2021
  • "Aşıq Ələsgər yaradıcılığında sufizm", Bakı, Elm və təhsil, 2023, 248 s.

Bədii yaradıcılığı

Şeirləri Türkiyə türkcəsinə, rus, fars, fransız və özbək dillərinə tərcümə olunub. 12 kitabın, o cümlədən 9 şeirlər kitabının, 45 elmi, 40 publisistik məqalənin müəllifidir.

Mütəmadi olaraq, dövrü mətbuatda — qəzet və dərgilərdə, saytlarda fəaliyyət göstərir. Şeirləri rus, fars, ingilis, fransız, qazax və özbək dillərinə tərcümə olunub. Mütəmadi olaraq saytlarda, jurnal və qəzetlərdə dərc olunur. Azərbaycanda və bir sıra xarici ölkələrdə elmi konfranslarda, festivallarda və ədəbi toplantılarda iştirak edir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Kitab Evi" İctimai Birliyinin sədridir.

Şeir kitabları

  • "Həsrəti öldürürəm" (şeirlər), Bakı, Azərnəşr, 2010, 112 s.
  • "Sabahım, sənmisən gələn" (şeirlər), Bakı, Azərnəşr, 2012, 248 s.
  • "Yuxuma yağış yağır" (şeirlər), Bakı, Azərnəşr, 2013, 248 s.
  • "Sevgi qum saatıdır" (şeirlər), Bakı, Elm və təhsil, 2014, 244 s.
  • "Xəbərin oldumu" (şeirlər), Bakı, Elm və təhsil, 2016, 238 s.
  • "Mən və sonrası" (şeirlər), Bakı, Elm və təhsil, 2017, 192 s.
  • "Beşinci mövsüm" (şeirlər), Bakı, Elm və təhsil, 2018, 192 s.
  • "Topla məni, İlahi" (şeirlər), Bakı, Qanun, 2019, 192 s.
  • "Bir ovuc gün işığı" (şeirlər), Bakı, Elm və təhsil, 2022, 296 s.

Təltifləri

  • Prezident mükafatı — 2023
  • Mahmud Kaşğarlı Beynəlxalq Fondunun "San yarlığı" mükafatı — 2017
  • "Aşıq Ələsgər – 200" yubiley medalı — 26.05.2023
The contents of this page are sourced from Wikipedia article on 05 Mar 2024. The contents are available under the CC BY-SA 4.0 license.