Adil Zeynalov

Actor
The basics

Quick Facts

IntroActor
PlacesRussia Azerbaijan
wasActor Theatre director Theater professional
Work fieldArts Film, TV, Stage & Radio
Gender
Male
Birth20 February 1960, Lankaran, Azerbaijan
Death12 March 2020Baku, Russian Empire (aged 60 years)
Star signPisces
The details

Biography

Adil Ağakərim oğlu Zeynalov (20 fevral 1960(1960-02-20), Lənkəran12 mart 2020(2020-03-12), Bakı) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2012).

Həyatı

Adil Ağakərim oğlu Zeynalov 20 fevral 1960-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakultəsinə daxil olmuş və 1983-cü ildə bitirmişdir.

A.Zeynalov teatrda Yeni Azərbaycan Partiyasının ilk təşkilatının sədri və həmkarlar təşkilatının idarə heyətinin üzvü olmuşdur.

Fəaliyyəti

1977-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlamış və burada bir sıra rolları ifa etmiş, rejissor kimi tamaşalara quruluş vermişdir.

Mükafatları

  • "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 9 may 2012

Teatroqrafiya

Aktyor kimi

  1. Ü. Hacıbəyov “Olanlardan-keçənlərdən” –Müəllim
  2. M. Kərim “Piyada Mahmud” – Mahmud
  3. İ. Əfəndiyev “Billur sarayda” – Zahid
  4. M. Hüseyn “Cavanşir” – Zöhrab
  5. C. Məmmədquluzadə “Ölülər” – Lal
  6. B. Nuşiç “Nazirin xanımı” – Ninkoviç
  7. Ə. Haqverdiyev “Ağa Məhəmməd şah Qacar” – Səfərqulu xan
  8. H. Mirələmov “Vicdanın hökmü” – Qara Fedya
  9. Ə. Haqverdiyev “Bəxtsiz cavan” – Hacı Səməd ağa
  10. H. Mirələmov “Pənah xan Cavanşir” – Nadir şah
  11. H. Mirələmov “Ləyaqət” – Şeydabek
  12. Ə. Əmirli “Onun iki qabırğası” – Dədə
  13. Sofokl “Şah Edip” – Korifey
  14. A. Mədətov “Sezarın qətli” – Brut
  15. M. Xubai “Şeytanın oyunları” – Neron
  16. Q. Qorin “Herastratı unudun”-Tissafern
  17. K. Nəzirli “Şeytan işığı” – Con
  18. M. Məmmədov “Sovqat” - Əflatun

Rejissor kimi

  1. Ə. Əmirli “Varlı qadın”
  2. Ə. Əylisli “Vəzifə”
  3. Q. Hüseyni, Ə.Cəmşidi “Hacı Kərimin aya səyahətı”
  4. F. Mustafa “İlğım”
  5. H. Cavid “Ana”
  6. Y. Əzimzadə “Nəsrəddin”
  7. L. Korsunski “Fırıldaqçı”
  8. C. Fətullayev, A. Zeynalov “Muəmmalı ölüm”
  9. Ə. Səmədli “Dəyirman əhvalatı”
  10. Ə. Səmədli Toyda Çelentano oxuyur”
  11. B. Nişiç “Nazirin xanımı”
  12. V. Səmədoğlu “Mamoy kişinin yuxuları”
  13. H. Muxtarov “Mən nənə ilə evlənirəm”

Filmoqrafiya

  1. Qətl günü (film, 1990)(tammetrajlı bədii film)(rol: Qulam)
  2. Durnalar qayıtdı (film, 2003) (tammetrajlı bədii film)
  3. 40-cı qapı (film, 2008) (tammetrajlı bədii film)(rol: Surxay)
  4. Susmuş vicdan (film, 2010)(bədii serial)
The contents of this page are sourced from Wikipedia article on 25 Mar 2020. The contents are available under the CC BY-SA 4.0 license.