Abdoel Vagab Ragim ogli Salamzade

Russian architect
The basics

Quick Facts

IntroRussian architect
Known forVagif Mausoleum
PlacesRussia
wasArchitect
Work fieldEngineering
Gender
Male
Birth16 February 1916, Shamakhi, Azerbaijan
Death19 August 1983Baku, Russian Empire (aged 67 years)
Star signAquarius
The details

Biography

Əbdülvahab Salamzadə (16 fevral 1916 – 19 avqust 1983) — Azərbaycanın görkəmli sənətşünas-alimi, memar, akademik, Azərbaycan SSR əməkdar inşaatçısı.

Həyatı

Əbdülvahab Salamzadə 1916-cı il fevralın 16-da Şamaxıda anadan olmuşdur. Salamzadə erkən yaşlarından bədii sənətkarlığa, inşaata bağlı olmuş, tarixi - memarlıq abidələrimizə hədsiz maraq göstərmiş, memar kimi yetişmişdi.

Ədbülvahab Salamzadə Azərbaycan milli memarlıq tarixini öyrənən ilk alimlərdəndir, Naxçıvan, Şirvan memarlıq məktəblərin öyrənilməsində onun müstəsna xidmətləri olmuşdur, Təbriz və Arran memarlıq məktəblərinin elmi cəhətdən müəyyənləşdirilməsi, onların kəşfi isə bilavasitə akademik Əbdülvahab Salamzadənin xidmətidir.

Əbdülvahab Salamzadənin fəaliyyəti təkcə elmi-nəzəri yaradıcılıqla məhdudlaşmırdı. Alim bütün ömrü boyu Azərbaycanın bölgələrini gəzmiş, tarixi abidələrin vəziyyəti ilə tanış olmuş, onların ölçülərinin çıxarılmasında, bərpa eskizlərinin çəkilməsində iştirak etmişdir. O, 1962-ci ildən Azərbaycanın Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyətinin sədr müavini idi. Tarixi abidələrin bərpa işlərində yaxından iştirak edirdi.

Salamzadənin müxtəlif illərdə yazdığı «Abidələr danışır» (Bakı, 1952), «Azərbaycan memarlıq abidələri» (Bakı, 1958), «Əcəmi Naxçıvani» (Bakı, 1976), «Arazboyu abidələr» (K.Məmmədzadə ilə birgə; Bakı, 1979) və bir çox başqaları hələ uzun illər boyu elmə xidmət edəcək. Bu görkəmli alimin M.Hüseynov və L.Bretanitski ilə birgə hazırladığı «Azərbaycan memarlıq tarixi» adlı fundamental əsəri isə (rus dilində; Moskva, 1963) milli memarlıq tariximizdə müstəsna əhəmiyyətə malikdir. O, həm də Azərbaycan şəhərsalma tarixinin ilk tədqiqatçısı olmuş, Şuşa, Şəki kimi qədim şəhərlərimizin şəhərsalma mədəniyyətini tədqiq etmişdir.

Akademik Əbdülvahab Salamzadə 1983-cü il avqustun 19-da dünyasını dəyişmişdir.

Mükafatları

  • Azərbaycan SSR əməkdar elm xadimi — 02.12.1982

Filmoqrafiya

  1. Abidələr danışır (film, 1964)(qısametrajlı sənədli film)
  2. Çay daşının göz yaşı... (film, 1971)
  3. Əcəmi Naxçıvani (film, 1976)
  4. İçəri Şəhər (film, 1964)
The contents of this page are sourced from Wikipedia article on 26 Mar 2020. The contents are available under the CC BY-SA 4.0 license.