Biography
Lists
Also Viewed
Quick Facts
Biography
Liu Kuren (v. 383) — Tiefu konfederasiyasının şərqdəki IV başçısı. Atası Liu Luqu idi. 320-ci ildə hakimiyyətə gəlmişdi. Öncəki Kin imperatorunun vassalı olaraq hakimiyyətdə idi.
Hakimiyyəti
Hakimiyyəti stabil şəraitdə başlamışdı. Öncəki Kin kralı Fu Ciana tabe olmuşdu. O da öz növbəsində Kureni Tiefu konfederasiyasının şərqdəki rəsmi başçısı olaraq tanımışdı. Konfederasiyanın qərbdəki başçısı isə Kurenin qohumu Liu Veyçen təyin olunmuşdu. Gələcək imperator Toba Qui də onun sarayında yaşayırdı. Çinin yeni vətəndaş müharibəsinə qədəm qoyduğu bir dövrdə Kuren 384-cü ildə Muronq Çui tərəfindən mühasirəyə alınmış Fu Piyə yardım etdiyinə görə Muyu Çanq adlı bir xidmətçisi tərəfindən rüşvət verilərək öldürüldü. Yerinə qardaşı Liu Tucuan gəldi.
Ailəsi
Liu Luqunun böyük oğlu idi. Toba sülaləsindən bir şahzadə ilə evlənmişdi. Bu evlilikdən Liu Hsian adlı övladı olmuşdu.